AktualAktualArxivXəbər lentiXəbərlər

Ayətüllah Amili Azərbaycan respublikası müdafiə nazirinin sözlərini müsbət qiymətləndirmişdir.

Ayətüllah Amili Azərbaycan müdafiə naziri Zakir Həsənovun Qarabağ cəbhəsi əsgərlərinə biz yalnız mənəvi və dini əqidələrimizi gücləndirməklə Qarabağı geri ala bilərik” sözlərini dəyərləndirmiş və onu Qarabağ azadlığı istiqamətində ümid qığılcımı kimi qiymətləndirmişdir.

Qafqaz mədəniyyət mərkəzinin raportuna əsasən ayətüllah seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazının ikinci xütbəsində parçalanma İraqın yeganə yoludur deyən Amerika ordusunun baş qərargah rəsinin sözlərinə işarə edərək demişdir: Bu sözlər Amerikanın orta şərq regionu üçün nəzərdə tutduğu məşum hədəfləri göstərir. Onlar həmin məqsədə çatmaq üçün İranın Suriya və İraqda olmamasını və region siyasətini dəyişdirməsini  istəyirlər.

O artırmışdır: İran Suriya və İraqda məsləhətçi kimi olmasaydı indiyə kimi bu iki ölkə qətən parçalanmışdı.

O, sözlərini davam etdirmişdir: onlar ölkələri parçalamaq üçün qarşı tərəflərin xəsarətlərini çoxaltmaq və onları parçalanmağa razılıq vermək məcburiyyətində qoymaqdır.

Sudanda da İsril silahları ilə 2 milyon nəfər öldükdən sonra bu ölkə parçalandı və dərhal cənubi Sudanda İsrailin hərbi bazası yrləşdirildi. Ərdəbil imamcüməsi Suriya ermənilərinin işğal olunmuş Qarabağa köçürülməsi və bununla da Azərbaycan hakimiyyətinin və Azərbaycan ərazi bütövlüyünün pozulimasına işarə edərək Qarabağın Azərbaycandan ayrılmasını Amerika və Avropanın qəti planı olaraq qiymətləndirmişdir.

O, Azərbaycan müdafiə nazirinin Qarabağ cəbhəsi əsgərlərinə biz yalnız mənəvi və dini əqidələrimizi gücləndirməklə Qarabağı geri ala bilərik” sözlərini dəyərləndirmiş və onu Qarabağ azadlığı istiqamətində ümid qığılcımı kimi qiymətləndirmişdir. Ərdəbil imamcüməsi Azərbaycan respublikasının müdafiə naziri Zakir Həsənovun sön sözlərini müsbət qiymətləndirmiş və artırmışdır: Zakir Həsənov bu sözləri elə bir ölkədə deyir ki, islam düşmənləri, Qərb Azəri rəsmilərinin əməkdaşlığı ilə müxtəlif dinə zidd proqramlar, yurovijen, mədəni qız adı ilə gəzəllik mələyi müsabiqəsi proqramları təşkil etməklə bu işin pisliyini xalqın nəzərində azaltmağa çalışırlar.

Eləcə də son vaxtlar social şəbəkələrin çağırışı ilə sort geymiş kişilər bu şəbəkələrə gəlirlər. o, bunlara işarə edərək belə bir sual vermişdir: əhalini çılpaq eləmək və cinsi əlaqələri yaymaqla inkişaf edən ölkə olubmu? Bu, mədəniyyət əlamətidirmi?

O, sözlərinin davamında Bakıda keçirilən birinci Avropa oyunlarının açılış mərasiminə və bu mərasimdə Amerika müğənnisinin 10 dəqiqəlik oxuması qarşılığında 2 milyon dollar almasına işarə edərək artırmışdır: biz bu mərasimin xərclərindən və xüsusilə bu müğənniyə edilən xərclərdən gileylənmirik. Çünki öz pullarıdır və özləri xərcləyir. Lakin təəccüblənməli burasıdır ki, bir Amerika müğənnisi müsəlman bir ölkədə tamamilə dinə zidd olan və din müqəddəslərini təhqir edən bir proqram icra etsin!!!!!!!!!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button