ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türklər ermənilərlə dostlaşır? – Azərbaycanlı ekspert: “Normaldır“

Yenisabah.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib ki, Türkiyə və Ermənistan arasında indiyənə qədər ticarət əlaqələri olub:

“İndiyə qədər Türkiyə ilə Ermənistan arasında Gürcüstan vasitəsilə ticarət əlaqələri mövcud olub. Bunu qeyri-rəsmi adlandıra bilmərik. Tutaq ki, Türkiyənin iş adamları öz məhsullarını özəl şirkət olaraq Ermənistana aparıb, orada satır. Bu, iqtisadi cəhətdən normaldır.

Ermənistanla Türkiyə arasında təxminən il ərzində 130-140 milyon dollar civarında ticarət dövriyyəsi mövcud olub. Ötən il pandemiya ilə əlaqədar olaraq bu rəqəm bir qədər aşağı düşüb. Lakin bu il dirçəliş var”.

Ekspertin sözlərinə görə, ticarət əlaqələrinin genişlənməsi Ermənistan iqtisadiyyatına çox ciddi töhfə verəcək:

“Əlaqələrin genişlənməsindən Türkiyədən daha çox Ermənistan qazanacaq. Türkiyə Ermənistana invenstisiya qoymaqda maraqlıdır. Bu da Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığından qurtulmasına gətirib çıxaracaq. Paşinyan hakimiyyəti də siyasi baxımdan bunu hədəfləyib”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button