Arxiv

İran Kəşfiyyat Nazirliyi dörd il öncə keçirdiyi mürəkkəb əməliyyatın detallarını açıqlayıb

ETTELAAT dörd il öncə terrorçu “Cundullah” qrupunun rəhbəri Abdulmalik Rigini həbs etdiyi əməliyyatın detallarını açıqlayıb. 

 İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) dörd il öncə terrorçu “Cundullah” qrupunun rəhbəri Əbdül-Malik Rigini həbs etdiyi əməliyyatın detallarını açıqlayıb. İnterAz-ın Fars agentliyinə istinadən verdiyi xəbərə görə, bütün dünyanın diqqətini çəkən mürəkkəb əməliyyat zamanı İranın bütün güc strukturları tam döyüş hazırlığı vəziyyətinə gətiriliblər.
 Açıqlamada bildirilir ki, 23 fevral 2010-cu il tarixində, axşam saatlarında terrorçu “Cundullah” lideri Əbdül-Malik Riginin Dubay-Bişkek reysi ilə uçan təyyarədə olduğuna dair məxfi məlumat daxil olur. Kəşfiyyat məlumatlarına əsasən, Əbdül-Malik Rigi ABŞ xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə aldığı saxta Əfqanıstan pasportu ilə Dubaya gəlmiş, oradan Bişkekə gedərək Manas hərbi bazasında yüksək çinli ABŞ zabitləri ilə görüşməli imiş. Məlumata əsasən, Riqinin içində olduğu təyyarə LYN 454 nömrəli reyslə saat 00:30-da Dubay beynəlxalq aeroportundan Bişkek istiqamətində uçacaq, təqribən 20 dəqiqədən sonra İran üzərindəki hava korridoruna girəcəkdi.

 Əbdül-Malik Rigi Kasablankada mehmanxanaların birində İsrailin Mossad kəşfiyyatının məmuru ilə görüşdüyü zamanlar

Kəşfiyyat Nazirliyinin rəsmi müraciəti əsasında ordunun baş komandanı general Ataullah Salehi təyyarənin İran hava məkanına daxil olduqdan sonra məcburi endirilməsini əmr edir. Əməliyyatı icra edən ştab təcili tədbirlər görməyə başlayır. Uçuş istiqamətində 6 hərbi aeroportda F14 təyyarələri uçuş üçün hazırlaşırlar. Müdaxilə uçuşu ən təcrübəli pilotlara həvalə olunur. Fars körfəzində ABŞ-ın hərbi gəmilərində qərarlaşan düşmən qırıcılarının müdaxiləsini nəzərə alaraq ölkənin bütün Hərbi Hava Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilir. Nəhayət Qırğızıstan Hava Yollarına məxsus təyyarə İran ərazisinə daxil olmaq üçün xəbərdarlıq siqnalı verir. İran tərəfi hava məkanına daxil olmaq üçün “qonaqlarına” məmnuniyyətlə icazə verir.

Əbdül-Malik Rigi Dubay hava limanında

Korridora daxil olduqdan sonra təyyarənin pilotlarına siqnal verərək məcburi eniş etmələri tələb olunur. Pilotlar tələbə məhəl qoymadan uçuşu davam etdirirlər. Bu zaman artıq Bandar Abbas hərbi aeroportundan havaya qalxan F14 qırıcılarından biri sərnişin təyyarəsinə 300 metrə qədər yaxınlaşaraq məcburi eniş tələbini bir daha çatdırır. Sərnişin təyyarəsinin pilotları xəbərdarlıqlara məhəl qoymadıqda qırıcılar bir neçə dəfə təyyarənin ətrafına atəş açırlar. Yalnız bundan sonra Boing 737 soloa dönməklə itaət işarəsi verdi və F14-ün müşayətilə Bandar Abbas hava limanına endi. Burada isə İran Kəşfiyyat Nazirliyinin xüsusi əməliyyat qrupu uzun illərdir axtardıqları Abdulmalik Riqini gözləyirdi.

Əbdül-Malik Rigi Dubaydakı mehmanxanada ikən

 Əbdül-Malik Rigi onlarla insanın qətlində, soyğunçuluq, ictimai yerlərdə partlayış törətməkdə, dəfələrlə İranın vətəndaşlarını oğurlayaraq işgəncə ilə öldürməkdə ittiham olunaraq edama məhkum edildi./interaz/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button