AktualAktualArxivFatimi yaşayişIslamQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ayətullah Seyid Həsən Amili Azərbaycan hərbçilərinin şəhid olması münasibətilə başsağlığı verib

Tovuz sərhəd məntəqəsində erməni ünsürləri ilə döyüşdə Azərbaycan Respublikasının bir neçə hərbçisinin şəhid olmasının ardınca həzrət Ayətullah Seyid Həsən Amili Azərbaycan xalqına başsağlığı verib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbli əyalətində təmsilçisi və Ərdəbil şəhərinin imam cüməsi həzrət Ayətullah Seyid Həsən Amili Azərbaycan Respublikası ordusunun bir qrup hərbçisinin şəhadəti münasibətilə bu ölkə xalqına başsağlığı verib.

Məktubun mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Tovuz məntəqəsində Azərbaycan və Ermənistan arasındakı rəsmi sərhəddə Azərbaycan ordusunun bir qrup gənc və yüksək rütbəli hərbçilərinin şəhid olması barədə kədərləndirici məlumat aldıq.

Beynəlxalq qanunları pozmaqla hücumu başlayan Ermənistan dövlətinin şər əməllərini pisləyirik və bu nəhs hücumun böyük şəhidlərinin uca ruhuna salam göndəririk, Azərbaycanın böyük və sinəsi dağlı xalqının, müsibət üz vermiş ailələrinin qəminə şərik olduğumuzu bildiririk və Mütəal Allahdan şəhidlərimiz üçün uca dərəcələr, onların ailələri və yaxınları üçün səbr diləyirik.

Azərbaycan ordusunun müsəlman və bizimlə soydaş olan yüksək rütbəli hərbçilərinin qəsbkar ermənilərin əli ilə şəhid edilməsi bizim üçün çox ağır və kədərlidir. İşğalçı ermənilər tərəfindən törədilən bu son cinayət sonuncu deyil. Ona görə də bu kimi cinayətlərin qarşısının alınması, pak və günahsız insanların qanının qorunması, Azərbaycan cəmiyyəti və bütün dünya azərilərinin izzət və qürurunun qorunması naminə Azərbaycanın hörmətli hökumətindən təcili tədbirlərin görülməsini gözləyirik.

Seyid Həsən Amili

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button