IslamXəbərlər

Ayətullah Məkarim Şirazi Gürcüstan müsəlmanlarını müstəqil olmağa çağırıblar.

Ayətullah Məkarim Şirazi bu ölkədə hökumət tərəfindən yenicə təsis edilmiş “Gürcüstan Müsəlmanları İdarəsi” haqqında fətva veriblər.

Gürcüstanın bir qrup müsəlmanları tərəfindən Ayətullah Məkarim Şiraziyə ünvanlanan müraciətdə də eyni məsələlər önə çəkilib. Lakin bu müraciətdə “Gürcüstan Müsəlmanları İdarəsi”nin təsisçiləri sırasında xristianların olması, bu qurumda şeyxdən daha yüksək hesab edilən icracı sədrliyi vəzifəsinin xristian vətəndaşa həvalə edilməsi, “Müsəlman İdarəsi” tərəfindən şiə ruhanilərinə verilən məvaciblər və onların şəriət baxımından hökmü, ölkədəki məscid və sair dini məkanların sözügedən idarəyə tabeçiliyi məsələsi və sair əlavə edilib.

Ayətullah Məkarim Şirazi isə aşağıdakı fətvanı verib:

“Məscidlər və hüseyniyyələr müstəqil olmalı, xalqın yardımı ilə idarə olunmalıdır. Ruhanilər dövlət tərəfindən maaş və məvacib almaqdan daşınsınlar. Sizə müvəffəqiyyətlər və baş ucalığı arzu edirəm!”
Bildirək ki, Gürcüstan hökuməti 2011-ci ildə ölkədə İslam dini və müsəlmanların məsələlərilə bağlı yeni idarə təsis edib və ölkədəki dini işlərin Qafqaz Müsəlmanları İdarəsinin öhdəliyində olmadığını bəyan edib./SalamNews/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button