AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərXəbər lentiXəbərlər

Ayətullah Fazil Lənkəraninin vəfatının ildönümü münasibətilə

Bu gün 15 iyun Ayətullah Məhəmməd Fazil Lənkəraninin vəfat günüdür. O, 1931-ci (hicri-şəmsi 1310) ildə müqəddəs Qum şəhərində dünyaya göz açmışdır. Atası Fazil Qafqazi hövzə ailimlərindən və şiələrin böyük təqlid mərcəsi həzrət Ayətullah Bürucerdinin İstifta Şurasının üzvlərindən idi. Anası isə Qumun tanınmış seyid övladlarından idi.

Rəbbani alim Fazil Lənkərani 13 yaşında elmi hövzəyə daxil oldu. Ədəbiyyat və müqəddimat dərslərindən sonra “Rəsail” və “Məkasib” kitablarının bir hissəsini atasının, bir hissəsini də Məhəmmədbaqir Sultani Təbatəbai, Əbdülcavad Cəbəlamili və Mürtəza Hairi Yəzdinin yanında dərs aldı.

19 yaşında xaric dərslərinə məşğul olmağa başladı, 15 il Seyid Hüseyn Bürucerdinin xaric-fiqh dərsində iştirak etdi və onun dərslərini ərəbcə yazdı. Habelə, İslam İnqiblabının Böyük Rəhbəri İmam Xomeyninin xaric-üsul dərslərində iştirak etdi və onun üsul dərsini yazdı. Seyid Məhəmmədhüseyn Təbatəbainin yanında Səbzəvarinin “Mənzumə” və Molla Sədranın “Əsfar” kitablarını öyrəndi.

Ayətullah Məhəmməd Fazil Lənkərani 30 yaşında ictihad dərəcəsinə çatdı.

Onun təfsir, Quran elmləri, fiqh, üsul, siyasi təfəkkür mövzusunda əsərləri vardır və uzun müddət fiqh və üsul dərslərini tədris etmişdir. “Təfsiluş-şəriə fi şərhi təhriril-vəsiləh” böyük alimin ən məşhur fiqhi əsəridir. Bu kitab İmam Xomeyninin “Təhrirul-vəsiləh” kitabına yazılmış şərhdir.

Din alimi 1997-ci ildə “Məsum İmamlar (ə) Fiqh Mərkəzi”ni təsis etdi. Alim, təhqiqatçı, fəqih və müctəhid yetişdirmək bu mərkəzin əsas məqsədlərindən sayılırdı. Mərkəzin Məşhəd, Suriya və Əfqanıstanda şöbələri vardır. Fiqh mərkəzinə hal-hazırda onun oğlu Məhəmmədcavab Fazil rəhbərlik edir.

Ayətullah Məhəmməd Fazil Lənkərani İmam Xomeyninin (r) şagirdlərindən və onun təqlid mərcəsi olduğunu digərlərinə yazılı şəkildə çatdıran 12 nəfərdən biri olmuşdur.

Qum Elmi Hövzəsi Müdərrislər Cəmiyyəti fəaliyyətə başladığı ilk günlərdən Ayətullah Fazil Lənkərani bu Cəmiyyətə qatıldı və onun iclaslarında iştirak etdi. Bir çox elanların, o cümlədən İmam Xomeyninin təqlid mərcəsi olması və şahın hakimiyyətdən uzaqlaşdırılması kimi elanların altında onun imzası vardır. Onun Müdərrislər Cəmiyyətində fəaliyyəti və digər siyasi təlaşları bir neçə dəfə həbs, işgəncə və sürgün olunmasına səbəb oldu. O, təqribən 4 ay Ləngə limanında sürgündə qalmışdır.

Ayətullah Məhəmməd Fazil Lənkərani müsəlmanlar arasında vəhdət tərəfdarı idi və müdara təqiyyəsini qəbul edirdi, əhli-sünnənin camaat namazında iştirak etməyi də bu səbəbdən icazəli bilirdi. O, hökumətinin qanuniliyini vilayəti-fəqih vasitəsilə bilirdi və onun nəzərincə İslam hökumətini qorumaq vacib sayılırdı.

Ayətullah Məhəmməd Fazil Lənkərani 2006-cı ildə verilmiş istiftaya cavab olaraq bir nəfərin mürtədd olması barədə fətva verdi. Sonradan həmin şəxsin Azərbaycan Respublikasından olan yazıçı Rafiq Tağı olduğu məlum oldu. Bu yazıçı İslam Peyğəmbərini (s) təhqir edən məqalələr yazaraq nəşr etmişdi. R. Tağı bir neçə il sonra naməlum şəxslər tərəfindən qətlə yetirildi.

Böyük təqlid mərcəsi 1998-ci ildə “Şeytan ayələri” kitqabının müəllifi Salman Rüşdinin mürtədlik hökmünün pozulmasından söhbət edənlərə cavab olaraq “Cumhuri-İslami” qəzetində bayanat yayaraq Salman Rüşdinin mürtədlik hökmünün yerində qaldığını və bu hökmün ləğvinin qeyri-mümkün olduğunu elan etdi.

Ayətullah Məhəmməd Fazil Lənkərani uzun sürən ürək xəstəliyindən sonra 26 xordad 1386-cı (16 iyun 2007) ildə fani dünyadan köçdü. 18 iyunda möhtəşəm dəfn mərasimindən sonra böyük təqlid mərcəsi Həzrət Fatimə Məsumə (ə) Hərəmində dəfn edildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button