AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili sionist rejimə başsağlığı verən İslam ölkələrinin rəhbərlərini tənqid edib

Həzrət Ayətullah Amili bildirib: “Həqiqi cəlladın ölümünün ardınca islami bir ölkənin başçısının qəsbkar sionist rejiminə başsağlığı verməsi onun ölkəsinin əhalisi üçün başıaşağılıq və utancdır. Məsumların (ə) bəyanlarına uyğun olaraq hər kəs bir işə razı olsa, o işi edən bir kəs kimidir”.
Qafqaz Mədəniyyət Mərkəzi –Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftənin cümə namazı xütbələrində İmam Hüseynin (ə) qiyamının uca hədəflərinə işarə edərək deyib: “İmam Hüseyn (ə) yolunun həqiqi davamçıları bu yolda həmişə möhkəm, sabitqədəm olub və heç vaxt özünün haqq mövqeindən enməyəcək”.
Həzrət Ayətullah Amili deyib: “Ölkələrin birində islamçıların rəhbərinə o qədər işgəncə verirlər ki, 3 gün huşsuz qalır. Ayıldıqdan sonra ondan yolundan dönüb-dönməyəcəyi barədə soruşurlar. Lakin onun qəti mənfi cavabı ilə üzləşirlər. Onun sərt cavabından sonra yenidən bu əziz islamçını işgəncə etməyə başlayırlar. İstehza ilə ona deyirlər ki, həmişə müdafiə etdiyin Allahın hardadır ki, indi gəlib səni himayət etsin?! İslamçı cavabında deyir: Allah həmin yerdədir ki, sən bu qədər işgəncədən sonra yenə də məni özünə təslim edə bilmirsən. Deməli, Allah var və O mənim himayətçimdir”.
Ərdəbilin imam cüməsi İmam Hüseyn (ə) qiyamının ardıcıllarının bir sıra xüsusiyyətlərini sayaraq vurğulayıb: “İmam Hüseyn (ə) məktəbinin şagirdi meydanın ortasında mühasirədə olsa da yenə öz mövlası kimi deyəcək: Mən ölümdən qorxmuram. Siz bura toplaşmısınız ki, məni ölümlə qorxudasınız və mən sizin qarşınızda baş əyəm. İzzətlə və haqqın bərpa edilməsi yolunda olan ölüm nə qədər şirindir! Çünki haqq yolunda ölüm, həyatın özüdür”.
Ayətullah Amili bəzi müsəlman ölkələrinin başçılarının xəyanətinə də toxunaraq bildirib: “Həqiqi cəlladın ölümünün ardınca islami bir ölkənin başçısının qəsbkar sionist rejiminə başsağlığı verməsi onun ölkəsinin əhalisi üçün başıaşağılıq və utancdır. Məsumların (ə) bəyanlarına uyğun olaraq hər kəs bir işə razı olsa, o işi edən bir kəs kimidir”.
Çıxışının digər bir hissəsində hüseynçi təfəkkürün insasnın həyatının maddi və mənəvi ərsələrində təsir qoymasının lüzumuna toxunan xətib qeyd edib ki, bu mənəvi əzəmətlərlə dolu süfrədən və hüseynçi karvandan kəsb etməli olduğumuz mühüm şey mənəvi bir həyat və müqəddəs xof olmalıdır.
Hər il əzadarlığın keyfiyyətini artırmaq üçün bir ad və şüar seçməyin lüzumuna da toxunan imam cümə deyib: “Biz çoxlu araşdırmalardan sonra belə nəticəyə gəldik ki, hər il İmam Hüseynin (ə) şüarlarından birini ilin şüarı olaraq seçək. Bu il Ərdəbil hüseynçilərinin, hətta bütün dünya azərilərinin şüarı “Əmri liəmrikum muttəbi” (Bütün işlərimdə sizə tabeyəm) olacaq. Bu şüarın mənası odur ki, İmam Hüseynə (ə) xitab edərək deyirik: Ey bizim mövlamız! Hər bir sahədə bütün işlərimiz sizin əmrinizə və sizin istəyinizə tabe olacaq”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button