AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Amili: Amerika Konqresi nə üçün ermənilərin Xocalıda törətdiyi soyqırımı tanımır?

Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində deyib: “Bu həftə Amerika dövləti ermənilərin iddia etdiyi soyqırımın Konqres tərəfindən rəsmi olaraq tanınmasından sonra ona veto qoydu.”

Qafqaz Həqiqətləti – Vəliyyi-fəqihin nümayədəsi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili cümə namazının ibadi-siyasi xütbələrinin bir hissəsində deyib: “Bu uydurulmuş soyqırımın doğruluğunu qəbul etsək belə, birincisi bu hadisənin Osmanlı dövləti zamanı baş verdiyi halda onun bədəlini nə üçün Türkiyənin bugünkü əhalisi ödəməlidir? İkincisi, dünyanın ən böyük soyqırımını İngiltərə dövləti İranda törətmişdir. Bu hadisə ikinci dünya müharibəsi dövründə İngiltərə dövlətinin İranın taxılını toplaması ilə baş verdi, beləliklə, İranın cəmiyyətnin yarısı, yəni on milyon günahsız insan həalak oldu.”

Ayətullah Amili əlavə edib: “Digər bir böyük soyqırım Bosniyada baş verdi və Hollandiya dövlətinin xəyanəti nəticəsində səkkiz min günahsız insan qətliam edildi. Srebrensitsa qətliamında səkkiz min müsəlman kişi və oğlan öldürüldü. Bu qətliam ikinci dünya müharibəsindən sonra Avropa torpağında ən böyük soyqırımdır. Beynəlxalq Ədalət Məhkəməsi bu hadisəni soyqırım kimi tanımışdır.

Bosniya müharibəsində 1995-ci ildə Hollondiyanın bir neçə yüz nəfərdən ibarət sülhməramlısı BMT tərəfindən təhlükəsiz elan edilmiş bir bölgəni qorumağa məmur edilmişdi. Minlərlə bosniyalı müsəlman bu bölgəyə üz tutmuşdu və onlardan 350 nəfəri Hollandiya qüvvələrinin qərargahlarına sığınmışdı. Hollandiya Ədalət Məhkəməsi Srebrensitsa qətliamında bu ölkənin 10 faiz təqsirkar olduğunu elan etdi və Hollandiya Müdafiə Nazirliyi məhkəmənin bəyanatına cavab olaraq dövlətin bu hökmü qəbul etdiyini bildirdi.”

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi xütbəsinin davamında deyib: “Xristinaların qətliam edilməsi pis, müsəlmanların qətliam edilməsi yaxşıdırmı? Xocalıda da soyqırım baş vermişdir və müsəlmanlar ermənilərin əli ilə qətliam edilmişdir. Bəs nə üçün Amerika Konqresi bu soyqırımı pisləmir? Hal-hazırda ən böyük soyqırım Yəməndə baş verir. Hər gün onlarla yəmənli uşaq qidasizlıqdan can verir. İndiyə kimi 50 mindən çox yəmənli Amerika koalisiyasının əli ilə qətlə yetirilib. Nə üçün Amerika və Avropa davamlı olaraq Ərəbistan quldur rejiminə silah satırlar?”

Ayətullah Amili daha sonra deyib: “Dünyanın ikili siyasətlə, ikili standartlarla, xüsusi haqla, insanları dərəcələrə bölməklə idarə olunduğu bir dünyada və belə bir zamanda bizə lazımdır ki, dişimizlə-dırnağımızla ölkənin bütün infrastrukturlarını təkmilləşdirək və iqtisadi müstəqilliyə nail olmaqla dünya imperializminin arzularını mümkünsüz edək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button