AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Amili: 19 Yanvar dünya müsəlman azərilərinin vəhdət və həmrəylik simvoludur

Ərdəbilin imam cüməsi: 19 Yanvar Azərbaycan Respublikasının müsəlman xalqının bütün ayrılıqlara son nöqtə qoyduğu bir gündür.

Qafqaz Həqiqətləri xəbər verir ki, “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü”nün uca tutulması münasibətilə keçirilən tədbirdə Ayətullah Seyid Həsən Amili çıxış edərək deyib: “Bu münasibət əslində nifrət və təfriqələrdən uzaqlıqdır və Azərbaycan Respublikası müsəlman xalqının bütün ayrılıqlara son nöqtə qoyduğu bir gündür.
Bu gün azəri dilli müsəlmanların vəziyyətinin izlənilməsi, dünyanın uzaq və yaxın yerlərində onları təhdid edən təhlükələrin tanınması və tanıdılması üçün uyğun bir fürsətdir.”
Ayətullah Amili dünya azəri dillilərinin taleyi, hüquq və kimliklərinin qorunması qarşısında məsuliyyət daşıdığımızı diqqətə çəkərək deyib: “Azərilər dünyada İslam dininə dəyərli xidmətlər ediblər, Əhli-beyt (ə) məktəbi və mədəniyyətinin güclənməsində inkaredilməz rol ifa ediblər.”
Dünya müsəlman azərilərinin kimlik, hüquq və izzətininin qorunmasını Dünya Müsəlman Azərbaycanlıları Gününün digər bir hədəfi kimi təqdim edən alim deyib: “Azərbaycan Respublikasının müsəlman xalqı 19 yanvarda böyük qəhrəmanlıq səhnəsi yaratdılar və dünyaya sübut etdilər ki, 70 illik kommunist hakimiyyətindən sonra hələ də öz dini və milli kimliklərini unutmayıblar, onlar tikanlı məftilləri qırmaqla öz ana vətənlərinə daxil oldular, İslam və İslam İnqilabının böyük qurucusu İmam Xomeyniyə (r) sevgilərini nümayiş etdirdilər.”
Ayətullah Amili Azərbayan Respublikası və dünyanın digər müsəlman azərilərinin dini kimliyini böyük insani duyğular, tövhid və məbdəyə iman adlandıraraq deyib: “Bu kimliyi qorumaq yolunda təlaş etmək bizim hamımıza vacibdir.”
İmam cümə çıxışının davamında Azərbaycan Respublikasında Nizami Gəncəvi kimi böyük elmi, mədəni və ədəbi şəxsiyyətlərin varlığını İran və bütün dünya müsəlman azərilərinin ortaq sanballı şəxsiyyətlərindən adlandıraraq deyib ki, Nizami Gəncəvi təkcə şair deyil, o, həm də bəşəriyyətin dəyərli irsidir. Bu böyük şəxsiyyətə dəyər vermək, onu indiki nəslə tanıtmaq məqsədilə şairin incə şeirlərindən üç beytinin nəstəliq xətti ilə xəttatlıq edilməsi barədə müsabiqə elan etmişik.
Ayətullah Amili çıxışının davamında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin bu ili Nizami Gəncəvi ili adlandırmasına toxunaraq bu mövzuya görə ona təşəkkür edib və bu addımı olduqca dəyərli bir addım adlandırıb.
Vəliyyi-fəqihin təmsilçisi daha sonra Qarabağın işğaldan azad edilməsini müsəlman azərilərinin tarixində böyük müvəffəqiyyət adlandıraraq deyib: “Həmin münasibətlə, bu il 19 Yanvar bayramını keçirməkdə bizim sevincimiz neçə qat artmışdır.”
Ayətullah Amili 20 yanvar hadisəsinə də toxunaraq deyib: “Biz 19 Yanvar bayramını keçirməklə yanaşı, həm də həmin ayın 20-də rus və kommunizm hakimiyyəti boyunduruğundan qurtulmaq üçün ayağa qalxmış azərbaycanlılardan 135 nəfərinin şəhadətinə matəm saxlayırıq, onların uca məqamlarına hörmət və sevgimizi bildiririk.”
O vurğulayıb: “Azərbaycan Respublikasında baş verən son hadisələr, azəri əsgərlərin Allahu Əkbər və Ya Hüseyn şüarları ilə Qarabağ cəbhəsində iştirakı sübut etdi ki, bu diyarın xalqı arasında ələvi, hüseynçi və fatiməçi mədəniyyətinin xüsusi yeri vardır, kommunizmin tənəzzülə uğramış məktəbi isə bu ölkədən uzaqlaşmışdır.”
Ayətullah Amili Azərbaycan Respublikası hökumətinin Qarabağı və onun dəyərli tarixi abidələrini bərpa etmək istəyinə də toxunaraq deyib: “Bu ölkənin Prezidentindən istəyirəm ki, əgər istəsə, tarixi və qədim abidələrin bərpasında iranlı incəsənət xadimləri, sənətkarlar və mütəxəssisləri bu işə dəvət etsin.”
Şuşanı Qarabağın tarixi simvolu adlandıran xətib bildirib ki, bu tarixi əsərlərin və bölgənin kimliyinin qorunması qarşısında məsuliyyət daşıyırıq.
O vurğulayıb: “Biz bu məsələ üzərində çox həssasıq. Çünki inanırıq ki, digər ölkə mütəxəssislərinin hüzuru nəticəsində Səfəvilər dövrünə aid bir çox əsər və binalar qəsdən məhv edilə bilər.”
Ərdəbil imam cüməsi “Şah İsmayıl Fondu”nun yarandığını elan edərək deyib: “Buradan Şah İsmayıl Səfəvi Fondunun yaradılmasını elan edirik və bu fondun yaradılmasında məqsəd Şah İsmayıl Səvəfinin dəyərli təfəkkürünü genişləndirmək, dünya azərilərinin kimlik və vəhdətinin qorunmasına kömək etməkdir.”
Seyid Həsən Amili Əhli-beytə (ə) mərifət vasitəsilə İslam hökumətinin yaradılmasını, İranı bütövləşdirməyi, İrana izzət və başucalıq qazanılmasını, şəriətə əməl edilməsini, İranın daha yüksək zirvələrə qalxmasına səy etməyi Şah İsmayıl Səvəfinin xüsusiyyət və addımları adlandırıb.
Ərdəbil imam cüməsi çıxışının sonunda İranın Ermənistana dəstək verməsi ilə bağlı yayılan uydyrma iddiaları təkzib etdiyi üçün Azərbaycan Respublikası Prezidentinə minnətdarlığını bildirməklə yanaşı deyib: “Bütün dünya azərilərindən xahiş edirəm ki, bu neçə məsələyə çox həssas yanaşsınlar: 1- iffətsizlik və əxlaqsızlıq; 2- insani dəyərlərdən uzaqlıq; 3- sionistlərin nüfuzu; 4- etnik çəkişmələr ki, çox-çox təhlükəlidir; 5- digər millətlərə hər hansı ədəbsizliyə yol vermək və digər torpaqlara qarşı sahiblik iddiası etmək; 6- keçmişdən ayrılmamaq. Çünki düşmənlərimiz bizi öz keçmişimizdən ayırmaqla, əlifbamızı dəyişməklə və digər məkirli planlarla bizi dini kimliyimizdən ayırmaq istəyir. Düşmənin son səyi dünya azərilərini İrana qarşı bədbin etməkdir.”
Ayətullah Amili İran və Azərbaycan Respublikası arasında münasibətlərin genişlənməsindən sevinc ifadə edib və bütün dünya azərilərinin həmişə haqq cəbhəsinin yanında dayanacağna, bu münasibətlərin gündən-günə daha da inkişaf edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, Ərdəbilin Xətai salonunda səhiyyə protokollarına görə çox az adımın iştirakı ilə baş tutan bu tədbirdə Almaniyada yaşayan soydaşımız mədəni fəal Hacı Səfər Ulus və Türkiyənin Qüds TV telekanalının direktoru Nurəddin Şirin videokonfrans şəklində çıxış ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button