ArxivIslamQarabağXəbər lentiXəbərlər

Ayətullah Ərafi Azərbaycanı qələbə münasibəti ilə təbrik edib

“Əziz müsəlman Azərbaycan xalqının əldə etdiyi qələbələrə görə, onları təbrik edirik. Ümidvarıq ki, bu kimi qələbələrdən dünyanın hər yerində olan İslam ümməti üçün baş versin, İslam torpaqlarında olan bütün əcnəbilər çıxsın və o cümlədən tezliklə qəsbkar İsrail rejiminin məğlubiyyəti baş tutsun.”

Qafqaz.ir  Hawzahnews-a istinadla xəbər verir ki, bunu İranın dini-elmi hövzələrinin sədri və Qum şəhərinin imam-cüməsi Ayətullah Əli-Rza Ərafi İranda təhsil alan azərbaycanlı tələbələrlə görüşdə deyib.

Görüşdə ikinci Qarabağ müharibəsində əldə edilən qələbələrə görə Azərbaycan xalqını və dövlətini təbrik edən Ayətullah Ərafi, belə bir qələbədən dünyanın digər müsəlman xalqları üçün də baş tutmasını arzuladığını bildirib.

O deyib:

“Qarabağla bağlı hadisələr baş verəndə biz dini təhsil hövzələrinin məsul şəxsləri dini və şəri baxımdan boynumuzda öhdəliyin olduğunu hiss etdik.”

“İslam İnqilabının Ali lideri keçirilən iclasda bizə buyurdular ki, islam torpaqları ilə bağlı siyasi məsələləri nəzərə almadan, beynəlxalq məntiq əsasında mövqeyimizi bildirək və islam torpaqlarının azadlığını dəstəkləyək”, deyə Ayətullah Ərafi əlavə edib ki, ali lider Qum Elmiyyə Hövzəsinin məsələ ilə bağlı bəyanatını alqışladı və bunun doğru olduğunu bildirdi.

İranın dini təhsil ocaqlarının sədri eyni zamanda tarixi baxımından Azərbaycanın dini maarfilənmənin və din alimlərinin yetişdirilməsində olan rolunu xatırladıb və bu yolun Azərbaycanda davam etdirilməsini istəyib.

Ayətullah Ərafi həmçinin Ermənistanın siyasəti haqda deyib:

“Ermənistan dövləti sabiq səhvlərini davam etdirməməli, beynəlxalq qanunlara, insanların hissi və dini etiqadına qarşı qalxmamalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button