ArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ayətullah Xamenei xətiblər və məddahlara təşəkkür etdi

“Korona ilə bağlı mövcud olan ciddi məhdudiyyətlərin olmasına baxmayaraq, əhali, xətiblər və mərsiyəxanlar (məddah) İmam Hüseynin sevgisini qorumaqla, böyük və mənəvi məclislər təşkil etməklə yanaşı, qaydalara əməl etdilər. Buna görə bir Əhli-beyt müridi kimi bütün əzizlərə səmimi qəlbdən təşəkkür edirəm”.

bunu İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei dünən ölkənin təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə videoformatda keçirdiyi iclasda deyib.

İslam İnqilabının Rəhbəri çıxışının başqa hissəsində Birləşmiş Ərəb Əmirliklərinin İsrail ilə əlaqələrin sadələşdirilməsi istiqamətində atdığı addımın İslam və ərəb dünyasına, region dövlətlərinə və mühüm əhəmiyyət daşıyan Fələstin məsələsinə bir xəyanət olduğunu bildirib.

“Təbii ki, bu vəziyyət uzun sürməyəcək. Ancaq onun utanc verici ləkəsi Fələstinin qəsb edilməsini və Fələstin xalqının ev-eşiyindən didərgin salınmasını unudaraq sionistlərin ayağını regiona açan insanların alnında əbədi qalacaq”, – deyə Ayətullah Xamenei əlavə edib.

O, BƏƏ-nin sionist rejimi və mənfur sionist ünsürlərinin ABŞ-ın rəyasət heyətində İslam və regionun maraqlarına qarşı atdığı qəddarcasına addımda onunla əməkdaşlıq etməsindən təəssüf hissi keçirdiyini deyərək  “Ümidvaram ki, əmirliklər daha tez ayılacaq və bu günahlarını yuyacaqlar”, – vurğulayıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button