AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ayətullah Seyid Həsən Amili: Qarabağ müharibəsində Elçibəy iranlı generalları işğal edilmiş əraziləri azad etməyə qoymadı

Ərdəbil imam cüməsi deyib: “Qarabağın hazırkı vəziyyətinin əsas müqəssirlərindən biri Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəydir. Onun dövründə İran generalları hər şeyi Azərbaycanın xeyrinə bitirməyə hazır idilər, lakin o, qoymadı.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi və Ərdəbilin imam cüməsi Ayətullah Seyid Həsən Amili video-bəyanat yayaraq Azərbaycan prezidentinin Qarabağın indiki vəziyyətə düşməsinin təqsirkarını tanıtmaqla bağlı açıqlamasını təsdiq etməklə yanaşı, bu açıqlamanı təkmilləşdirib və Qarabağ müharibəsinin əsas səbəbkarlarından daha birini tanıdıb.

Ayətullah Amili deyib: “Azərbaycan prezidenti bu gün bir məsələni açıqladı və mən onu təkmilləşdirmək istəyirəm. Prezident dedi: “Bu vəziyyətin (Qarabağ müharibəsinin) əsas müqəssiri Ermənistan və işğalın davam etməsini istəyən ölkələrdir.” Düz sözdür. Bu vəziyyətin səbəbkarı Ermənistan və (Prezidentin) onun adını çəkməyə qorxduğu bir neçə ölkədir. Bu, Minsk qrupu, onların da başında Amerika, Rusiya və Fransadır. Onlar bais olublar ki, iş bu yerə çatsın və bu qədər insan həyatını itirsin.

Burada müqəssirlərdən birinin adı deyilməyib. Böyük müqəssirin biri Əbülfəz Elçibəydir. Onun dövründə İran generalları hər şeyi Azərbaycanın xeyrinə bitirməyə hazır idilər. Onda Qarabağ problemi həmişəlik olaraq həll olurdu, Azərbaycan torpağı Azərbaycana qayıdırdı və Qarabağ məsələsi köklü surətdə öz həllini tapırdı. Bizim generallarımız Qarabağda döyüşürdü. Lakin Əbülfəz dedi: “Qarabağı ermənilərə verərik, amma iranlıların əli ilə azad etmərik.”

O milli təəssüb, irqçilik, millətçilik və qara fikir onda olmasaydı, İran işi bitirmişdi. İndi heç kim şəhid olmurdu və heç bir ailə dağılmırdı, 1 milyon köçkün öz vətəninə qayıdırdı.

Bütün bu müsibətləri Elçibəy yaratdı, həm İrana zərbə vurdu, həm də İranın bütün zəhmətlərini hədər etdi, həm Azərbaycana zərbə vurdu və bugünkü müsibətləri yaratdı.”

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi əlavə edib:

“Prezidentin müqəssir kimi tanıtdırdığı ölkələrin rolu daha çox açıqlanmalıdır. Bu müharibənin əvvəlində Amerikanın İrəvandakı səfiri dedi ki, Amerikanın dövlət katibi Pompeo Gürcüstana Rusiyadan Ermənistana silah daşınması üçün yolu açdığına görə minnətdarlıq edir.

Mənim əzizlərim! Düşməni itirməyin. Bu Amerikanın işidir. Ermənistanın əsas dostu Amerikadır.

Həmin vaxtda Elçibəy Türkiyə kanallarından birinə müsahibəsində dedi: “O zaman Azərbaycanın pula ehtiyacı var idi. İran o pulu ikiəlli mənə verirdi, almadım. Gəldim Türkiyədən alam. Türkiyə çətin vəziyyətdə, Azərbaycanın yaman günündə məni və Azərbaycanı buraxdı və bu pulu mənə vermədi.”

Mənim əzizlərim! Ayıq olun! İran imtahandan çıxmışdır. İndi də bizim siyasətçilərimiz və böyük alimlərimiz Azərbaycanın xeyrinə təlaş edirlər və Azərbaycanın qələbəsi üçün dua edirlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button