ArxivXəbər lentiXəbərlər

İnqilabdan qabaq hökumət məmurları fironluq edirdilər !

İnqilabdan qabaq hökumət məmurları bacardıqları qədər artıq cah-calalla, təkəbbürlülüklə, fironluqla, zadəganlıqla və bahalı paltarlarla görünürdülər. Bir qrup avam insanın da bundan çox xoşu gəlirdi. Ümumi mədəniyyəti belə formalaşdırmışdılar. İnqilabdan sonra isə əksinə oldu, eyş-işrət adamları xalqın qorxusundan bu işlərdən çəkindilər. Lakin bu gün tədricən əvvəlki vəziyyəti qaytarmaq istəyirlər. Mənim fikrimcə, eyş-işrətə meyl ölkə üçün zərərli, məmurların eyş-işrəti isə ikiqat zərərlidir. Ona görə ki, sərvətli adamlar özlərinin halal, yaxud haram mallarından xərcləyirlərsə, öz malları ilə israfçılıq edirlər. Məmurlar israfçılıq edəndə isə öz mallarını yox, xalqın malını xərcləyirlər. Bu vəziyyət xalqın ümumi hissi ilə, yazmaqla, deməklə və uyğun mədəniyyəti yaymaqla düzələ bilər.
İslam İnqilabının Böyük Rəhbərinin Şərif Sənaye Universitetində tələbələrin suallarına cavablarından

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button