ArxivŞəxsiyyətlərXəbər lentiXəbərlər

Ayətullah Səduqi kimdir?

Ayətullah Səduqi kimdir?

Tarix boyu Yəzd şəhəri bir çox dühaların dünyada tanınıb sevilməsinə analıq etmişdir. Onun isti ocağında Ayətullah Əbdülkərim Hairilər, Seyid Muhəmməd Kazim Yəzdilər və sair bir çox İslam mütəfəkkirləri böyüyüb başa çataraq İslam dünyasına sonsuz töhvələr vermişlər. Belə şəxsiyyətlərdən biri də İslam dünyasının böyük fəqihi Məhəmməd İbn Mirzə Əbu Talib Səduqi olmuşdur. Səduqi ailəsi Yəzdin tanınmış ailələrindən biri sayılırdı. Bu nəsil məşhur Axund Molla Məhdi Kirmənşahının sülaləsi olaraq Yəzdin tanınmış sülalələrindəndirlər. Molla Məhdinin babası Fəthəli, hələ Mola Məhdi uşaq olduğu zaman şah rejminin əleyhinə qalxdığı üçün Yəzdə sürgün olunur. O Yəzdin tanınmış ruhani və dəyərli simaları içində çox qısa bir zamanda yer alır. Onun ölümündən sonra oğlu Mirzə Məhəmməd Rza atasının siyasi və dini kursunun məsuliyyətini üzərinə götürür. Mirzə Məhəmməd Rzadan sonra bu ailəyə Molla Məhdi başçılıq edərək Yəzd və Yəzdlilərin problemləri ilə yaxından məşğul olur. Onun ölümündən sonra isə bu iş oğlu Mirzə Əbu Talib Səduqinin üzərinə düşür. Belə bir dəyərləri özündə əks etdirən Səduqilər ailəsi növbəti nəslin davamını gözləyir.

1905-ci ildə, Səfər ayının 8-i Mirzə Əbu Talib Səduqinin evində körpə bir oğlan uşağı dünyaya göz açdı. Atası ona islam dünyasının müqəddəsləri şərəfinə Muhəmməd adı qoydu. Uşaqlıq illərini atasının himayəsində keçirən Məhəmməd dini təfəkkürünün ilk rüşeymlərini atasındn əldə edir. Lakin bu uzun sürmür. Yeddi yaşı olanda o atasını, iki il sonra isə əziz anasını itirir. Anasını itirdikdən sonra onu əmisi oğlu öz himayəsinə alaraq nəzarəti alrına götürür. Əmoğlusu onun tədrisə yiyələnməsi üçün Məhəmmədi kənd məktəblərindən birinə qoyur. 13-yaşına qədər orta məktəb təhsili alan Muhəməd 13 yaşıında məktəbi bitirərək kəndlərindəki ƏbdülRəhman xan mədrəsəsinə, müqəddimə dərslərinə yiyələnməyə gəlir. Müqəddimə dərslərini bitirdikdən sonra o təhsilinin davamı üçün İsfahana hicrət edir. Lakin maddi durumunun çətinliyi səbəbindən o burada bir ildən artıq qala bilməyib geri dönür.
1927-ci ildə o əmisi qızı ilə ailə qurur və bir il sonra 1928-ci ildə Qum Elmlər Hövzəsinə hicrət edərək təhsilini davam etdirməyə başlayır. Elə tədrisin ilk günlərində tələbələrdən fərqli bir üslub sərgiləyən Məhəmməd Seyid Əbdülkərim Hairinin diqqətini özünə cəlb edir. Qısa bir zaman kəsiyində hətta Ayətullah Hairi tələbələrə şəhriyyə (məvacib) vermək kimi məsuliyyətli işi ona tapşırır. Böyük duhalar İmam Xomeyni, Ayətullah Şeyx Əbdülkərim Hairi, Ayətullah Seyid Sədrəddin Sədr, Ayətullah Seyid Məhəmməd Təqi Xansari və sair dahi şəxslərin tədrisi onu İslam dünyasının dahiləri sırasına daxil edir.
Tədrisdə qazandığı uğur Şəhid Səduqini erkən yaşlı tələbələr arasında müəllimlik hüququ qazandırır. Hövzədə tədrisə başlayan Məhəmməd Səduqi həyatı boyunca bir çox dəyərli tələbələrin yetişməsində birbaşa təsirə mailk olur. Böyük filosof, ələm müctəhidlər və fəqihlərin yer aldığı bu siyahıda Əllamə Məhəmməd Təqi Cəfəri, Şəhid Murtəza Mütəhərri, Şəhid Qüdsi, Ayətullah Cənnəti, Ayətullah Məhəmməd Fazil Lənkərani, Ayətullah Sənai, Ayətullah Seyid Haşim Rəsuli Mühəllati kimi böyük şəxsiyyətlərin adlarını qeyd etmək olar. Bu şəxslərin bir çoxunun Azərbaycan dilinə tərcümə olunmuş əsərləri ilə dini ədəbiyyat oxucuları onların kimliyindən xəbərdardırlar. Tələbələri ilə yaxın münasibət quran Şəhid Səduqi təkcə tədris deyil, yaratdığı mənəvi bağlılıq və ruhi paklıq sayəsində tələbələrinin qəlbində silinməz izlər buraxır.

Onun əzəmətli ruhu insanlığa xidmət və mübarizə meydanı üçün yaradıldığı heç şübhə olunan deyildi. Onun ilk mübarizə meydanında kəskin addımı Rza Xanın üləma və hövzəyə basqın etdiyi zamanda özünü biruzə verir. Haqqın müdafiəsində bir cəsarət nümayiş etdirən Səduqi həyatının son anına qədər sürəcək bu mübarizə meydanındakı fatehlik rütbəsini itirmədən davam etdirir. Etirazla başlayan hərəkat sonradan İmam Xomeyninin zülmə qarşı emübarizə dalğası ilə müşahidə olununca Şəhid Səduqi İmamın xidmətində duraraq onun dostu və bir məsləhət apardığı rəfiqinə çevrilir.
1951-ci ildə Yəzddə təqlid müctəhidinin dünyasını dəyişməsi səbəbi ilə İmam Xomeyni ona bu məsuliyyəti üzərinə görürərək Yəzdə getməsini istəyir. Iyirmi bir il burada təhsil alan təvazökar Məhəmməd Səduqi bu addımda tərəddüdlü olsa da İmamın göstətişinə əməl edib Yəzdə gəlir. Və günün tələbinə müvafiq olan addımlarını burada davam etdirməyə başlayır. Burada o haqqları alınmış insanları bir hədəf və amal ətrafına toplayaraq Şah rejiminin istismar və dinsiz siyasətinin əleyhinə birləşməyə çağırır. Onun bu çağırışı qısa bir zamanda bir çox insanları ətrafına toplaya bilir. Hər çıxışında mövcud rejmin istismar siyasətini qabardan Səduqi əgər qüvvələr birləşməyəcəyi halda hamılığın güclər altında əziləcəyinin bir həqiqət olduğunu cəsarətlə tribunalardan onlara bildirir. Onun odlu çıxışları hələ də tərəddüddə qalan bir çox ruhanilərin də nəhayətdə addım atmaları ilə nəticələnir və onlar da Ayətullah Səduqinin ətrafına toplanır. Həbsdə olan ruhanilərlə əlaqə qurmağa çalışan Səduqi onların durumunu öyrənib yardımını onlardan əsirgəmir. Eyni halda azadlığa çıxan hər bir əqidə məhbusunun görüşünə gedir, onların pak mübarizələrini bir insanlıq zirvəsi olaraq dəyərləndirərək onlara müsbət enerji aşılayırdı. Şahın qorxuda saxladığı kütlə içində Şəhid Səduqinin bu addımı müsbət dəyərləndirilməyə bilməzdi. Şəhid Səduqinin özünün gedə bilmədiyi yerlərə isə oğlu Məhəmməd Əli Səduqini göndərməsi onun bu işdə olan ciddiliyindən xəbər veriridi.

Əlbəttə bu da qeyd olunmalıdır ki, Ayətullah Səduqi insanlar arasında ehtiram və inam qazanma səbəbi təkcə onun mətin və mübarizə ruhlu olması ilə səciyyələnmirdi. Ecazkar dərəcədə mənəvi dünyası, zəngin əxlaqi keyfiyyətlərə mailk bu şəxs elə ilk söhbətdəcə öz tərəf müqabilini özünə sevdirməyi bacarırıdı. Xaici aləmi ilə daxili aləmi arasındakı bir mütənasiblik onu tanıyan hər bir şəxsdə bir əminlik meydana gətirirdi. Hər bir oxuduğunu ilk olaraq öz üzərində tətbiq edən Səduqi insanlara söylədiyi dini gözəlliklərin əməli göstəricisi olaraq nümunə sayıla bilərdi. Gecə namazları, nafilələri əsla tərk etməyən Səduqi onunla söhbətə gələn hər bir şəxsə qarşı diqqətli, səbirli və gülər üz idi. Bu onda bütüb günü ağır iş saatının sonunda da dəyişmədən qalırdı. Yanına gələn və tutduğu məsləkdən asılı olmayaraq hər kəsin ayağına qalxar, gedəndə isə qapıya qədər onu yola salmağı özünə İlahi bir vəzifə qərar vermişdi. Yaşının ahıl anlarına qədər gənclərlə söhbət və onlara ayırdığı diqqət bu istiqamətdə ciddi çalışmaq göstəricisi kimi də analizə oluna bilərdi.
Ölümdən qorxmayan və qorxmadığı üçün də zalım üzərinə cəsarətlə yeriyənAyətullah Səduqi bir an olsun öz vəzifəsində səhlənkarlığa yol vermirdi. Eyni halda o ictimai sosial sahələrdə də kütlənin maraq və istiqaməti üçün bütün gücünü səfərbər etmişdi. 18 məscid və 19 mədrəsənin təmir və yenidən qurulmasına, qadın və qızların dini təhsil alması üçün “Xanım Zəhra (s.ə.)” mədrəsəsinin tikilməsi, “Vəliyyi Əsr” adına yardım fondu və Yardım sandıqlarının təşkili, İmam Rza (ə) adına yardım sandıqları (Hansı ki, onlar bu gün də İranda yardım üçün əsas bazalarban birini təşkil edir), Bəm, Pakıstan və Kürd şəhərlərində Elmi Hövzələr qurulması, Həzirə məscidində kitabxanası,“Seyyiduş-Şühəda” adına xəstəxana, Şirazda Elmlər Hövzəsinin təsis edilməsi və sair bir çox addımlar Ayətullah Səduqinin təşəbbüslərindəndir. Bu gün rahat səslənən bu sətirlər dövrünün amansız Şah rejminin qadağası tüğyan etdiyi bir zamanda həyata keçrilməsi az qala mümkünsüz olduğu bir halda bunu Şəhid Səduqi çox çətinliklə icra edə bilirdi.

Lakin əsas xətt olaraq İmam Xomeyni ilə yaxın əlaqələr və İmamdan aldığı təlimatlar onun siyasi fəaliyyətində sabitliyin qorunmasında birbaşa yardımçı rolunu oynaya bildi. Hətta İmam sürgündə olduğu zamanda da yazışma və məktublaşmalar Ayətullah Səduqinin Yəzd də daxil olmaqla bir neçə şəhərdə idarəçiliyi diqqəti altına almaqla buradakı inqilaba birbaşa nəzarət etməsi arzulanan nəticənin əldə olunma qarantı idi. Onu bu fəaliyyəti şah rejmini narahat etsə də Şəhid Səduqinin yaratdığı siyasi və hərbi güc onun rahat həbs olunmasınıa maniyə idi. Lakin inqilab ərəfəsi daha kəskin hala gələn qarşıdurmalar 1977-78-ci iilərdə Şəhid Sədqiyə qarşı bir neçə terror aktını gerçəkləşdirdi. Hər dəfə isə kiçik xətalar səbəbi ilə sağ qalan Şəhid Səduqi təbii ki, İlahi inayət sayəsində inqilab baş verənə qədər sağ qalmaq və inqilaba dəstək vermək üçün qorunurdu.

1979-cu ildə, uzun sürən qətliam, həbs və təqiblərdən sonra İranda İslam İnqilabı nəhayət ki, baş tutdu. Ölkədəkə şah və imperialist qüvvələr devrilərək xalq hakimiyyəti ölkədə rəhbər olaraq seçildi. Əlbəttə İranın maddi, mənəvi sərvətlərini talamaqda olan daxili və xarici qüvvələr onu belə rahatlıqla əldən verməyəcəkləri bəlli idi. Elə buna görə də inqilab öncəsi baş qaldıran terror dalğaları inqilabdan sonra bir neçə dəyərli islam mütəfəkkirlərini terror dalğasının qurbanı olaraq şəhidliyi ilə davam etdi. Hər şəhidi göz yaşları ilə anan Ayətullah Səduqi “İlahi, qardaşlarımın köç aldığı bu səfərdən mən binəvanı da binəsib etmə” deyib şəhid olmaq duaları edirdi.

İnqilabdan sonra İmam Xomeyni Şəhid Səduqini Yəzddə Cümə namazı qılmağa təyin etdi. İlk möhtəşəm Cümə namazı qılan Şəhid Səduqi namazının qunutunda Allahdan ona şəhadət nəsib etməsini bir daha dua etdi. Onun şəhadət eşqi ilə çağlayan qəlbi İran İslam İnqilabından sonra iki il mübarizə meydanında döyündü. Bütün qüvvələri səfərbər edərək vahid rəhbər ətrafında birləşmə ideyası bir nəfər kimi bütün Yəzd camaatını İmam Xomeynini ətrafında yumruq kimi birləşdirdi.

1982-ci il Ramazan ayının 10-cu günü illərdən bəri dualarında şəhadət arzu edən Ayətullah Şəhid Məhəmməd Səduqinin arzularının gerçəkləşdiyi, İran, əsasən isə Yəzd camaatının matəmə batdığı bir gün oldu. Ramazanın ikinci Cüməsi günündə Molla İsmayıl məscidində Cümə namazına tələsən təqva mücəssəməsi Ayətullah Səduqi Cümə namazında hər kəsi təqvaya dəvət edərərək dinin insan üzərində bir əmanət olduğunu, onu hətta canları bahasına olsa belə qorumalarını bildirərək dövrün irticalarından söhbət açdı. Namazın qunutunda isə yenə İlahi dərgaha yönələrək Allahdan şəhadət mükafatı istədi. Beləcə Cümə namazı bitdı. 75 yaşlı Ayətullah Səduqi ağır addımlarla məscidin qapısına yaxınlaşdı. Qarşısına qoyulmuş ayaqqablarını geyinmək istəyirdi ki, gözü yaşlı bir gənc onunla görüşmək üçün əlinin uzatdı. Qoruyucular onu yaxın buraxmaq istəməsələr də gənc çırpındı. Şəhid Səduqi təbəssüm etdi. Və gənci buraxdılar. O Ayətullah Şəhid Məhəmməd Səduqiyə çatınca təkbir dedi və onu qucaqlayaraq bədəninə bağladığı partlayıcı qurğunu işə saldı. Bir anlıq ətraf qan gölməçəsinə çevrıldı. Parçalanmış insan bədənləri içində ən kiçik parçalar Ayətullah Səduqiyə məxsus idi.

Bütün Yəzd onun parçalanmış nəşinə iki gün matəm qurub onunla vida təşkil etdilər. İslam dünyasının tanınmış şəxsiyyətləri o dahi ilə vida üçün Yəzdə gəldilər. İki gündən sonra, Ramazan ayının 12-ci günü onu pak nəşini yaşadığı Yəzd şəhərindəcə torpağa tapşırdılar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button