ArxivFatimi yaşayişIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

Ayətullah Amilinin Ramazan ayı ilə bağlı çıxışlarını dinləmək istəyənlərin diqqətinə

Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi və Ərdəbil imam camaatı ofisinin ictimai əlaqələr bölməsi Ramazan ayı mərasimlərinin necə keçiriləcəyi barədə məlumat yayıb.
Məlumatda vurğulanır ki, Koronavirusla Mübarizə Milli Qərargahının Ramazan ayında dini toplaşmaların baş tutmaması, dini məkanlar və məscidlərin tətil olması, habelə səhiyyə protokollarına və sosial məsafəyə riayət edilməsi ilə bağlı qəbul etdiyi qərarı nəzərə alaraq, Ramazan ayında həzrət Ayətullah Amilinin çıxışları sosial şəbəkələr vasitəsilə onlayn şəkildə baş tutacaq.
Bu çıxışlar Ramazan ayının gecələri İran vaxtı ilə saat 22:00-da başlayacaq və Ayətullah Amiliyə aid sosial şəbəkələrdə yayımlanacaq.
Bu çıxışların təkrarı həmin günün səhəri gunorta vaxtı “Səbəlan” telekanalı, “Ərdəbil” radiosu və “Aran” xaricə yayım radiosu vasitəsilə yayımlanacaq.
Qədr gecələrinin necə keçirilməsi ilə bağlı məlumat Koronavirusla Mübarizə Milli Qərargahının qərarından sonra diqqətinizə çatdırılacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button