AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Ayətullah Amili Bərdə sakinlərinin şəhadəti münasibətilə başsağlığı veri

Ayətullah Amili Bərdə sakinlərinin şəhadəti münasibətilə başsağlığı veri
Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə təmsilçisi və Ərdəbil şəhərinin imam cüməsi həzrət Ayətullah Amili Ermənistan işğalçılarının Azərbaycanın Bərdə şəhərinə hücumu nəticəsində bu şəhərin dinc sakinlərindən bir neçəsinin şəhid olması münasibətilə başsağlığı verib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisinin başsağlığı bəyanatı aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا یَعْمَلُ الظَّالِمُونَ
“(Ya Rəsulum!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma!”
Çox təəssüf və kədərlə xəbərdar olduq ki, bu gün günortadan sonra Qarabağı işğal edənlər son çarəsiz səylərində Bərdə –Allah-Allah şəhərinin günahsız əhalisini raket atəşinə tutublar, 21 nəfər şəhid olub və 70 nəfərdən çox insan yaralanıb. Şəhidlərin tikə-tikə olmuş cənazələrinin görüntüləri hər bir vicdanlı insanın qəlbini yandırır.
Bugün Tramp Amerika ermənilərinin səsini itirməmək üçün Qarabağı işğal edənlərlə əl-ələ vermişdir. Əziz şəhidlərin qanı Amerika başçılarının mənfur əlindən axır və çox-çox təəssüflüdür ki, beynəlxalq təşkilatlar insanları pula satırlar, müsəlmanların qanı və canına heç bir dəyər vermirlər.
Öz insani, dini və inqilabçı vəzifəmizə uyğun olaraq bu cinayəti pisləyirik və Azərbaycanın böyük xalqına, xüsusilə də bu amansız qətliamda yaxınlarını itirən ailələrə başsağlığı veririk. Əminəm ki, Azərbaycanın müsəlman gəncləri Allahu Əkbər və La ilahə illəllah şüarları ilə bu əzizlərin intiqamını alacaqlar.
Seyid Həsən Amili, Vəliyyi-fəqihin Ərdəbil əyalətində təmsilçisi və Ərdəbilin imam cüməsi
7 aban 1399-28 oktyabr 2020

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button