AktualAktualArxivIslamTarixXəbər lentiXəbərlərXütbələr

Ayətullah Amili: Amerikanın Azərbaycanla dostluğu məkr, ikiüzlülük və nifaq üzündəndir

Ərdəbil imam cüməsi deyib: “Amerikanın Azərbaycan Respublikası ilə dostluğu hoqqabazlıq, məkr, ikiüzlülük və nifaq üzündəndir. Azərbaycan əhalisi öz düşmənini yaxşı tanımalıdır.”
Qafqaz Mədəniyyət Mərkəzi – Ərdəbilin imam cüməsi həzrət Ayətullah Amili bu həftəki cümə namazı xütbələrinin bir hissəsində Məscidul-həramın sabiq imam camaatının şiələri qətlə yetirməyin caiz olması ilə bağlı öz fətvasından dönməsinə işarə edərək deyib: “Məscidul-həramın sabiq imam camaatı Şeyx Adil Kəlbani bundan əvvəl şiə alimlərinin kafir olması barədə fətva vermişdi. O, bu həftə öz fətvasından dönərək deyib: “Hatəm Ovnun əhli-şəhadəteynin təkfir edilməsi ilə bağlı kitabını oxuduqdan sonra öz fətvamdan döndüm. Şiə alimləri kafir deyil və onları öldürmək caiz deyil. Bu gün qətiyyətlə deyirəm: Hər kim la ilahə illəllah desə, bizim kəsdiyimiz heyvandan yesə və bizim qibləmizə üz tutsa, o müsəlmandır.”
Bu hədis Peyğəmbərin (s) hədisidir. Görəsən nə üçün o, indiyə kimi Peyğəmbərin (s) hədisinə əməl etməyib? Deyirlər ki, sabiq imam camaat Bin Salmana görə öz fətvasından dönüb. Baş müftinin Bin Salmana görə qadınların sürücülük etməsi, azan vaxtı polisin mağazanı bağlamasının vacibliyi kimi bir çox fiqhi hökmlərdən dönməsi kimi.
Buradan məlum olur ki, vəhabilik fiqhi siyasi fiqhdir. Ona görə də özünün bütün fiqhindən dönməli və ona yenidən baxmalıdır. Çox təəccüblüdür ki, Kəlbaninin fətvası əsasında neçə ildir ki, günahsız şiələr qətlə yetirilir və indi bir kitab oxumaqla belə asanlıqla öz qanlı fətvasından dönür. Ona deyən yoxdur ki, nə üçün fətva verməzdən əvvəl bu kitabı oxumamısan və əhli-şəhadəteynin qətlinə fətva vermisən?
Daha təəccüblüsü odur ki, bu nadan müfti Peyğəmbərin (s) hədisinə istinad etmək əvəzinə adi bir şəxsin sözlərinə söykənir. Əhli-sünnə rivayət kitablarında Peyğəmbərin (s) bu hədisi dəfələrlə təkrar olub: “Hər kim bizim namazımızı qılsa, bizim qibləmizə üz tutsa və bizim kəsdiyimiz heyvandan yesə, o müsəlmandır”.
Həzrət yenə bir məktubda kitab əhlindən olan qruplara xitab edərək buyurub: “Sizlərdən hər kim Allahın birliyinə, Məhəmmədin Onun bəndəsi və rəsulu olmasına şəhadət versə, bizim qibləmizə üz tutsa və kəsdiyimiz heyvandan yesə, bizim üçün olan onun üçün də vardır və bizim əleyhimizə olan onun da əleyhinə hesab olur. Hər kəs bunları qəbul etməkdən çəkinsə, cizyə verməsi vacibdir.”
İmam cümə daha sonra deyib: “Azərbaycan ölkəsinin vəhabilərini təbrik edirəm ki, belə bir siyasi, münafiq, ikiüzlü, savadsız və dünyapərəst müftilərin ardınca gedirlər.”
Ayətullah Amili xütbəsinin davamında deyib: “Suriya hadisələrindən qabaq həzrət Ayətullah Subhani kral Abdullaha məktub yazaraq ondan vəhabi və şiə alimləri arasında televiziya münazirəsi təşkil etməsini istədi. Söz açılacaq mövzunun isə iki məsələdən ibarət olmasını istədi: iman və küfr, tövhid və şirk. Lakin vəhabi alimləri münazirədən yayındılar.
Qabaqlar mərhum Vaizzadənin rəhbərliyi ilə bir qrup şiə alimi İbn Bazla görüşdü. Ondan soruşdular: “Salam olsun sənə ey Allahın rəsulu! Allahın yanında bizə şəfaətçi ol” cümləsi insanı müşrik və qanının tökülməsini halal edirmi? Cavab verərək dedi ki, xeyir, şirk deyil, amma şirk qorxusu var.
Dedilər ki, bu sözünü yaz. Amma o yazmadı.
Halbuki, fiqhi baxımdan şirk və şirk qorxusu olmasının üzərinə gələn hökmlər arasında yerdən göyə fərq vardır.
Vahabi alimləri özlərini Allahın yerinə qoyublar. Bir dəstəni cəhənnəmə daxil edir, bir dəstəni oradan çıxarırlar; bir dəstəni İslama daxil edir, bir dəstəni İslamdan çıxarırlar.”
Ərdəbil əyaləti əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi xütbəsinin digər hissəsində ABŞ prezidentinin Suriyanın Qolan ərazilərini sionist rejimə bağışlaması məsələsinə toxunaraq deyib: “Trampın bir ölkənin ərazisini digər ölkəyə bağışlamasından bir neçə nəticə çıxarmaq olar:
Birincisi, dünyada qanun ölmüşdür. Bu, beynəlxalq təşkilat və müqavilələrə böyük zərbədir. Xüsusilə də BMT üçün böyük zərbədir. Amerika İranı yağı, tüğyankar və şər ölkə adlandırır və deyir ki, iranlıların DNA-da şər vardır. Amma Trampın qərarından məlum oldu ki, beynəlxalq aləmdə Amerikadan daha yağı, daha tüğyankar və daha şər bir ölkə yoxdur. Bu ölkə beynəlxalq qanunları məsxərə etməkdə və ayaq altda qoymaqda heç bir sərhəd tanımır.
İkincisi, bütün ölkələrin ərazi bütövlüyü ölmüşdür. Ola bilər ki, Amerika yatsın və səhər yuxudan ayılıb desin ki, Yəmənin bir hissəsi sionist rejimindir, ya Ərəbistanın bir hissəsi müstəqildir.
Amerika özünü beynəlxalq sistemin məsulu hesab edib, amma beynəlxaq qanunlara hörmətlə yanaşmır. Beləliklə, gələcəkdə daha qarışıq və daha qanunsuz gələcək görə bilərik.
Üçüncüsü, Amerika bir çox beynəlxalq qanunları pozmaqla dünyaya bunu çatdırmaq istəyir ki, dünyaya biz rəhbərlik edirik və biz dünyada istədiyimizi edənik. Amerikanın sabiq dövlət katibi dedi: “Dünya qatar kimidir və onun hansı səmtə gedəcəyini biz təyin edirik.”
Dördüncüsü, Amerika bu təhlükəli dəbi müsəlmanlardan başladı və bu bütün müsəlmanlara qarşı böyük təhqirdir.
Beşincisi, əgər Amerika bir ölkənin rəsmi ərazisini digər bir ölkəyə vermək gücündədirsə, bəs nə üçün həqiqətən Azərbaycan Respublikasına aid olan torpağı ermənilərdən alıb, bu ölkəyə qaytarmır?
Bu məsələ göstərir ki, Amerikanın Azərbaycanla dostluğunun hamısı hoqqabazlıq, məkr, ikiüzlülük və nifaq üzündəndir. Azərbaycan xalqı öz düşmənini yaxşı tanımalıdır.
Altıncısı, bu təhlükəli hadisəyə yüngül yanaşan BMT həmin cinayətə şərikdir. Bu səhlənkarlığı ilə özünün varlıq fəlsəfəsini itirdi.
Yeddincisi, Trampın hərəkəti sübut etdi ki, Amerikaya xidmət və onunla saziş etməyin heç bir müsbət nəticəsi yoxdur və onlar sionistlərə xidmət etməkdən başqa bir şey düşünmürlər. Trampın hərəkəti bir daha sübut etdi ki, düşmən qarşısında hər addım geri çəkilmək onun daha çox irəliləməsinə şərait yaradır. Əgər İslam dünyası Amerikanın ötən il öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi qarşısında möhkəm dayansaydılar, qətiyyət və birlik göstərsəydilər, indi Tramp bu həyasızlığı etməyə cürətlənərək Qolanı sionist rejiminə bağışlaya bilməzdi.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button