AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Ayətullah əl-üzma Mərəşi Nəcəfidən

Ayətullah əl-üzma Mərəşi Nəcəfidən nəql olub:

Bir gecə Allah övliyalarından birini yuxuda görmək üçün təvəssül etdim. Həmin gecə röya aləmində Kufə məscidində oturduğumu və mövla Əmirəlmöminin Əlinin (ə) də bir dəstə ilə orada olduğunu gördüm.

Həzrət buyurdu: – Əhli-beyt şairlərini gətirin. Gördüm, bir neçə ərəb şairi gətirdilər.

Həzrət buyurdu: – Fars dilli şairləri də gətirin. Gördüm, Möhtəşəm və bir neçə fars dilli şairi gətirdilər.

Mövla buyurdu: – Bizim Şəhriyarımız haradadır?

Şəhriyar gəldi. Həzrət ona buyurdu: – Şəhriyar! Şerini oxu.

Şəhriyar bu şeri oxudu:

Əli, ey hümayi rəhmət

To çe ayəti Xoda ra…

Şəhriyarın şeri tamam olduqdan sonra yuxudan ayıldım. Mən Şəhriyarı görməmişdim. Səhəri gün onun barəsində soruşdum. Təbrizdə yaşayan bir şair olduğunu dedilər. Dedim ki, onu mənim tərəfimdən Quma dəvət edin.

Bir neçə gün sonra səhər saat altıda Şəhriyar Ayətullah Mərəşi Nəcəfinin evinə çatır. Xidmətçi ondan adını soruşur. Şəhriyar deyir: – Seyid Məhəmməd Behcət Təbriziyəm. Şəhriyar kimi tanınıram. Təbrizdən gəlmişəm. Xidmətçi onu içəri aparır. Ayətullah onu görən kimi deyir: – Bu, yuxuda həzrət Əlinin (ə) hüzurunda gördüyüm şəxsdir.

Ayətullah soruşur: – “Əli, ey hümayi rəhmət” şerini nə vaxt yazmısan?

Şəhriyar təəccüblə soruşur: – Mənim bu şeri yazdığımı siz haradan bilirsiniz? Mən bu şeri heç kimə verməmişəm və bu haqda heç kimə danışmamışam.

Ayətullah Mərəşi Nəcəfi yuxusunu Şəhriyara danışır.

Şəhriyar şeri yazdığı tarix və saatı dedikdə, məlum olur ki, onun şerin sonuncu misrasını tamamladığı vaxt Ayətullah Mərəşi Nəcəfi həmin yuxunu görüb.

Mərhum Ayətullah əl-üzma Seyid Şəhabəddin Mərəşi Nəcəfi (1897-1990) Ayətullah əl-üzma Bürucerdinin vəfatından sonra şiə aləminin böyük təqlid mərcəsi olmuşdur. O, 27 yaşında ikən ictihad dərəcəsinə çatmışdır. Onun siyasi yanaşması İmam Xomeyninin (r) fikirləri ilə uyğun idi. Bu əhval-ruhiyyə onun ən tanınmış şagirdlərində də görünür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button