ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Azərbaycan güləşçisi erməniyə qalib gələrək dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov gənclər arasında keçirilən dünya çempionatının qalibi adına yiyələnib.

Qafqaz.ir  Apasport.az-a istinadən xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan pəhləvanımız Rusiyanın Ufa şəhərində təşkil olunan mundalda çempion tituluna yiyələnib.

Yarımfinalda Fransanı təmsil edən erməni əsilli Qaqik Snjoyana tam üstünlüklə qalib gələn Cəfərov həlledici görüşdə Sahak Ovanisyana (Ermənistan) da gücünü göstərib. O, finalda rəqibini 7:0 hesabı ilə məğlub edərək dünya çempionu tituluna yiyələnib.

Həsrətdən öncə bürünc medal görüşündə Şerməhəmməd Şaribcanovla (Özbəkistan) üz-üzə gələn Nihat Məmmədli də qələbə qazanıb. 5:1 hesabı ilə qalib gələn təmsilçimiz dünya çempionatını 3-cü yerdə bitirib.

Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən daha öncə Sərxan Məmmədov (130 kq) gümüş, Elmir Əliyev (55 kq) bürünc medal qazanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button