ArxivXəbər lentiXəbərlər

Avstraliya tarixində bir ilk: Müsəlman xanım senator oldu – FOTO

Mehrin Faruki Avstraliya senatına seçilən ilk müsəlman xanım oldu.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Avstraliya Senatının tərkibinə ilk dəfə olaraq müsəlman xanım daxil olub. “Yaşıllar partiyası”nın əslən Pakistandan olan qadın təmsilçisi Mehrin Faruki  parlamentdəki senatorlardan birinin istefasından sonra seçilib.

Hələ 2013-cü ildə xanım Faruki Yeni Cənubi Vels ştatının qanunverici məsclisinə seçilmiş ilk müsəlman xanım olub. Onun ailəsi 1992-ci ildə Pakistandan Avstraliyaya köçüb. Mehrin siyasətədək ekologiya sahəsində elmi karyera ilə məşğul idi.

Maraqlıdır ki, senator Faruki artıq müsəlman icmalarının maraqlarını müdafiə etmək niyyətini nümayiş etdirib. Xüsusilə də, o, müsəlmanların Avstraliyaya miqrasiya qadağasını dəstəkləyən senator Freyzer Enninqin bəyanatlarını qəti şəkildə pisləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button