ArxivIslamXəbər lentiXəbərlər

Avropalı deputat Azərbaycan XİN-i ələ saldı

 Qarabağa qanunsuz səfər edən Avropalı deputat Azərbaycan XİN-i ələ saldı

Avropa Parlamentinin Almaniyadan seçilən üzvü, “Partiya” partiyasının qurucusu Martin Zonneborn 25 nəfərlik nümayəndə heyətilə birgə işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edib.

Həyat yoldaşı milliyətcə erməni olan Almaniyalı siyasətçi ötən ilin avqust ayının 28-də də Qarabağa qanunsuz səfər edib. Həmin səfər zamanı Martin Zonneborn deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağa səfər edənlərin adını “qara siyahı”ya salır: “Bildiyimə görə “qara siyahı”da 700-ə yaxın şəxsin adı var. Bu rəqəmin 1000-ə çatması üçün gələn il böyük bir heyətlə Qarabağa səfər edəcəm”.

Onu da bildirək ki, satirik yazıların və verilişlərin müəllifi kimi tanınan Martin Zonneborn qeyri-adi açıqlmaları və siyasi fəaliyyətilə mətbuatın diqqət mərkəzindədir. Qurmuş olduğu siyasi partiyaya “Partiya” adı qoyaraq gündəmə gələn Martin Zonnebornin seçki vədləri arasında “Berlin divarı”nə yenidən qurmaq”, “Lixtenşteynə müharibə etmək”, “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oğurlamaq”, “Merkel axmaqdır” kim qeyri-ciddi şüarlar yer alıb.

Məlumat üçün qeyd edək ki, bu ayın əvvəlində Bolqarıstan Respublikası parlamentinin deputatları Valeri Simeonov və İordan Apostolov işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər ediblər. Bolqarıstanlı deputatlar avqust ayının 6-da Xankındindı baş tutan 7-ci “Ümumerməni Oyunları”nın açılış mərasimində iştirak ediblər.

Onu da bildirək ki, bu ilin may ayında Almaniyanın radikal mühafizəkar siyasi partiyalarından olan “Almaniya üçün Alternativ” partiyasının üzvü Stefan Kotre işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfər edib.

Aprel ayında isə İsveçin Lund Universitetinin müəllimi, dünyada soyqırımların tarixini araşdıran Svante Lundqren də seperatçı rejimin nəzarəti altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. Bölgəyə qanunsuz səfər edən isveçli alim burada yerləşən universitetdə bir qrup müəllim və tələbələri üçün mühazirə oxuyub.

Bundan başqa aprel ayında Fransadan bir qrup həkim Qarabağa qanunsuz səfər edərək, tibb mərkəzlərindən birində xəstələr üçün əməliyyatlar həyata keçiriblər.

Qeyd edək ki, Dağlıq Qarabağa qanunsuz səfər edən xarici ölkə vətəndaşları Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən “Qara siyahı”ya salınır və onlar Azərbaycan üçün “Arzuolunmaz şəxs”lər hesab olunurlar. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən tərtib edilən “Qara siyahı”ya əksəriyyəti Fransa və Rusiya vətəndaşları olan 803 əcnəbinin adı daxil edilib və fevral ayının 21-dən sonra yenilənməyib. Lakin, qeyd edək ki, Qarabağa səfər edən əcnəblərin sayı bundan dəfələrlə çoxdur. Onların böyük əksəriyyətinin kimliyini müəyyən etmək olmur, ya da bu işə məsul olanlar həmin şəxslərin kimliyini müəyyən edərkən öz işlərinə məsuliyyətlə yanaşmırlar.(yeniavaz)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button