ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İki hərbçi intihar edib

Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissəsində əsgər Mayıl Kazımovun özünü öldürdüyü bildirilir.
Qafqaz.ir-nin məlumatına əsasən, hadisənin oktyabrın 24-ü, saat 11 radələrində baş verdiyi haqda məlumat yayılıb. Əsgərin yaxınlarının meydantv-yə verdiyi məlumatda qeyd olunub ki, M.Kazımov başqa hərbi hissədə manqa komandiri idi: “O hazırkı hərbi hissəyə cəzalı kimi aşağı vəzifəyə göndərilmişdi”.
Naxçıvan MR Hərbi Prokurorluğunun bildirdiyinə görə, 1999-cu il təvəllüdlü Mayıl Kazımov Ramiq oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Hərbi xidmətdən məzuniyyətə gələn digər bir əsgər Murad Şahbazovun da intihar etdiyi bildirilir. 2003-cü il təvəllüdlü hərbçinin Cəlilabad rayonunun Günəşli kəndində yaşadığı evdə özünü asdığı vurğulanıb. Baş Prokurorluq məlumatı təsdiqləyib və əsgərin intiharı ilə bağlı araşdırma apardığını əlavə edib. Ancaq intiharın səbəbi hələlik müəyyən olunmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button