ArxivIslamXəbər lentiXəbərlər

Avropa Məhkəməsi Azərbaycanı 128 min avro cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan olan “Məcidli və digərləri Azərbaycan qarşı” işi ilə bağlı qərarını verib.

Ərizəçilər müxalif partiya rəhbərləri və fəallarından ibarət olan 11 nəfərdir.
Onlar arasında Arif Hacılı, Fuad Gahramanli Babak Həsənov, Zülfüqar Eyvazov, Arif AlışlI, Məhəmməd Məcidli, Tural Abbaslı, Elşən Həsənov, Rüfət Hacıbəyli, Sahib Kərimov, Ülvi Quliyev olub.
Şikayətçilər 2011-ci ildə, müxalifət partiyalarının birliyi olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyaları zamanı saxlanılmış, məhkum edilmiş, inzibati qaydada cəzalandırılmış şəxslərdir.
Ərizəçilərdən bəziləri yerli məhkəmələr tərəfindən Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilib.
Şikayətçilərdən olan digər qrup isə İnzibati Xətalar Məcəlləsinə görə günahkar bilinmişdilər. Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Fuad Qəhrəmanlıya 2 il şərti cəza verilmiş, digər müxalifətçilər inzibati cəza almışdı.
Ərizəçilər AİHM-ə şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (İfadə azadlığı) və 11-ci maddələrinin pozulduğunu iddia edirdilər.
AİHM verdiyi qərarda ərizəçilərin Azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarının pozulduğu bildirilib. Qərara əsasən, dövlət ərizəçilərə maddi və mənəvi zərər əvəzi olaraq təzminat ödəməlidir.
Qərar qüvvəyə mindikdən sonra ərizəçilərdən Məhəmməd Məcidliyə 14 500, Arif Hacılı, Fuad Qəhrəmanlı, Babak Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Elşən Həsənov, Rüfət Hacıbəyli, Sahib Kərimov, Ülvi Quliyevə 11 500, Tural Abbaslıya isə 10 000 avro təzminat ödəniləcək.
Şikayətçilər AİHM-dən tələbi isə yarım milyon avrodan artıq təzminat olub. Ümumilikdə AİHM Azərbaycan hökumətini 128 min avro cərimələyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button