AktualAktualArxivIslamXəbər lentiXəbərlər

Avropa İnsan Haqları Məhkəməsi Bakını məhkum etdi

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Respublikasını jurnalist Xədicə İsmayılovaya 17 min avro cərimə ödəməyə məhkum etdi.

Qafqaz Həqiqətləri “Euronews”-ə istinadla xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Respublikası hökumətini xanım Xədicə İsmayılovanın işində yol verdiyi səhlənkarlığa və onun insanlıq böyüklüyünə qarşı hörmətsizliyə görə məhkum edib.

Azərbaycan R-sı jurnalisti olan Xədicə İsmayılova 2012-ci ildə bu ölkənin dövlət başçılarının Bakıda inşaat işləri layihəsi üzrə maliyyə fəaliyyətləri ilə bağlı araşdırma apararkən və hesabat hazırlayarkən onun şəxsi əlaqələrini əks etdirən bir məktub alır. Xanım İsmayılova məktubda təhdid olunur ki, öz araşdırmalarına son qoymayacağı surətdə ona aid xüsusi filmlər internetdə yayılacaq.

Belə görünür ki, naməlum şəxslər onun mənzilinə daxil olaraq otağında məxfi kameralar yerləşdiribmişlər.

Jurnalist susmur və özünə qarşı təhqirli təhdidləri mediaya çıxarır. Bundan sonra ona aid xüsusi görüntülər sosial şəbəkələrdə yayılır.

Xədicə İsmayılova 2014-cü ildə Azərbaycan Respublikası hökumətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdi. Jurnalist hakimiyyəti onun şəxsi şəkillərini ifşa etməkdə və şəxsi məsələlərinin qorunmasında səhlənkarlığa yol verməkdə ittiham etdi.

Avropa İnsan Haqları Məhkəməsi vurğulayıb ki, Xədicə İsmayılovanın əleyhinə təhqirli təhdidlərdə AR hakimiyyətinin birbaşa rolunun olmasına dair faktlar yoxdur, lakin Bakı hakimiyyəti təhdidlərin ifşa edilməsindən sonra bu işə müdaxilə edə bilərdi, amma səhlənkarlığa yol vermişdir.

Məhkəmənin hökmünə əsasən, Bakı xanım İsmayılovanın çəkdiyi mənəvi-fiziki əzab-əziyyətlərə görə, ona 15 min avro və Avropa məhkəməsinə isə 1750 avro cərimə ödəməlidir.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button