ArxivIslamXəbər lentiXəbərlər

Rusiya: ABŞ-ın İran və Qolan qərarları qeyri-sabitliyə yol açır

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin ABŞ-ın İran, Qolan və Qüdslə bağlı qərarlarının Qərbi Asiya regionunda sabitliyi pozan addımlar olduğunu vurğulayıb.
 8-ci Beynəlxalq Moskva Təhlükəsizlik Konfransında danışan Sergey Narişkin Amerika rəhbərliyinin Suriyaya aid olan Qolan təpələri ilə bağlı qərarının Tel-Əviv səfirliyini Qüdsə daşıması və İran ilə imzalanan nüvə müqaviləsindən çıxarılmasının Qərbi Asiya regionunda sabitliyi pozan hərəkətlər olduğunu bildirib.
Rus səlahiyyətli Narişkin ABŞ-ın bu qərarlarının BMT qətnamələrinə zidd olduğunu və Qərbi Asiya regionunda sabitliyi təmin etmək səylərinə təsir göstərdiyini vurğulayıb.

Narişkin Amerikanın bu cür hərəkətlərinin regionda baş verən böhranları çoxtərəfli danışıqlar yolu ilə həll etmə məsələsini təhdid etdiyini ifadə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button