ArxivXəbər lentiXəbərlər

AŞPA məruzəçiləri əfv fərmanını alqışlayır, bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırırlar

“Bu humanitar tədbir Avropa Şurası insan hüquqları üzrə komissarın sanitar böhran zamanı həbsxanalarda olan insanların hüquqlarının və sağlamlıqlarının qorunması ilə bağlı narahatlığına cavab oldu”, – bəyanatda  deyilir.

“Biz 2015-ci il Nardaran hadisələrindən sonra beynəlxalq birliyin narahatlığına səbəb olmuş ədalətsiz məhkəmə prosesləri zamanı mühakimə edilmiş iki məhbusun azad olunmasını qeyd edirik. Hesab edirik ki, bu addım düzgündür və digər işlərə baxılmasında da irəliləyiş gözləyirik”, – məruzəçilər vurğulayırlar.

Onlar AŞPA-nın 2293 (2020) və 2184 saylı (2017) qətnamələrinə əsaslanaraq bildirirlər ki, “qismən prezident əfvi ilk növbədə ədalətsiz və siyasi motivli həbslərin qarşısını alan müstəqil məhkəmə sistemini əvəz edə bilməz. Odur ki, biz hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağırırıq”.

Turan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button