ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikası prezidenti Ermənistanı tənqid edib

Azərbaycan Respublikası prezidenti Ermənistanı Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr yolunda sabotajda ittihamlandırıb. Trend xəbər agentliyinin məlumatına görə, İlham Əliyev bir telemüsahibədə deyib ki, Ermənistan bütün mümkün vasitələrdən istifadə edərək, çalışır ki, Qarabağ barədə müzakirələr nəticəyə çatmasın.
İ.Əliyev əlavə edib: İrəvan elə bir halda Qarabağın hazırkı mövqeyinin qorunmasına çalışır ki, ATƏT-in Minsk Qrupu dəfələrlə bildirib ki, bu mövqeyi rəsmən tanımır.
Azərbaycan Respublikası prezidenti deyib: Ermənistanın bu münasibəti səbəb olub ki, 2014-cü ilin noyabrından bəri iki ölkə başçıları arasında heç bir görüş baş tutmasın.
Bakı ilə İrəvan arasındakı Qarabağ münaqişəsi 1988-ci ildən başlanıb və iki tərəfin Minsk Qrupunun vasitəçiliyi ilə müzakirələri indiyədək nəticəsiz qalıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button