ArxivXəbər lentiXəbərlər

Arif Hacılı: “Eldar Əzizova müracət edirəm ki…”

“Eldar Əzizova müracət edirəm ki, öz vəzifə borcunu yerinə yetirsin”.
Musavat Partiyasının başqanı Arif Hacılı öz feysbuk hesabından Bakı Şəhəri İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizova müraciət ünvanlayıb.
BŞİH oktyabrın 7-də partiyaya qurultay keçirməsi üçün “Büllur” sarayını təklif etsə də, şadlıq evinin sahibi buna razılıq verməyib.
Arif Hacılı İcra Hakimiyyəti başçısından məsələyə baxılmasını tələb edib.
“”Siyasi  Partiyalar Haqqında” Qanuna əsasən qurultayımıza yer alması hökumətin, bu halda BŞİH-in borcudur, vəzifəsidir”, – Arif Hacılı qeyd edib.
Arif Hacılı onu da bildirib ki, bir partiyanın piketinə icazə verilməsini az qala demokratik açılım kimi dəyərləndirənlərin də Müsavat Partiyasının qurultayına uyğun yer  ayrılması tələblərinə dəstək verəcəklərinə inanır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button