ArxivIslamXəbər lentiXəbərlər

Aparıcı Putini söydü: Gürcüstan qarışdı

Gürcüstanın «Rustavi 2» telekanalının aparıcısı Qeorqiy Qabuniya özünün müəllif verilişi olan «Postskriptum»un ilk dəqiqələrini Rusiya prezidenti Vladimir Putinin və onun mərhum valideynlərinin ünvanına təhqirlərə həsr edib. Qeyd edək ki, bu verilişin konteksti çərçivəsinə aid deyil.

O, Rusiya prezidentinə rus dilində söyüşlə müraciət edərək onu «qoxumuş işğalçı» adlandırıb, gözəl vətənində Putinə və «kölələrinə» yer olmadığını deyib.

Bu hal hökumət dairələrində kəskin münasibətlə qarşılanıb. Baş nazir Mamuki Baxtadze, Qabuniyanın bu davranışını yolverilməz adlandıraraq, müraciəti provokasiya  və Gürcüstanın sülh və təhlükəsizliyinə qarşı təhlükə kimi qiymətləndirib.

Prezident Salome Zurabişvili isə nifrət sözlərini, təhqirləri və provokativ bəyanatı tənqid etdiyini deyərək, bu davranışların Gürcüstan ənənələri ilə düz gəlmədiyini, Rusiyaya, həmçinin regiona münasibətdə dövləti parçalamağa və ölkədə gərginliyi artırmağa hesablandığını bəyan edib.

Bu hal sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb olub. İstifadəçilər aparıcının senzuradan kənar ifadələrini tənqid ediblər. Bundan başqa Tbilisidə yüzlərlə sakin telekanalın qarşısında mitinq keçiriblər. Onlar «Rustavi 2-siz Gürcüstan» şüarları səsləndirərək binanı süpürgə atəşinə tutublar. Aksiyaçılar telekanalın və aparıcının üzr istəməsini tələb ediblər.

Kanal müvəqqəti olaraq fəaliyyətini dayandırsa da, bu gün səhərdən polisin mühafizəsi ilə yenidən işinə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button