ArxivIslamXəbər lentiXəbərlər

Antuan Bara: “Əgər Hüseyn bizdən olsaydı…”

Kərbəla Məktəbinin əsirlər keçdikcə daha da anlaşılan fəlsəfəsi Kərbəla Şəhidlərinə olan sevgini artırır. Əsirlər keçdikcə insanlar bu Eşqin əzəmətini anlayır və heyranlıqlarını gizləyə bilmirlər. Bunu hər il daha da artan Ərbəin zəvvarlarının möhtəşəm sevgisi sübut edir.

İlahiyyatçı alim Araz Şiyəkaranlı dünyanın tanınmış simalarının Kərbəla üsyanı və İmam Hüseyn (ə) haqqında fikirlərini tərcümə edib. Vetenugrunda.az maraqlı tərcüməni oxucularına təqdim edir:

“Kərbəla faciəsinin üzərindən illər keçdi və biz də onunla eyni torpaqlarda yaşamadıq. Amma Hüseynin yaşadığı hadisə hələ burada belə oxucuları ağlatmaqdadır. Kərbəla üsyanı onunla aramızda bir duygu bağı qurub.”

Gibon 
(İngilis tarixçisi)

“Kərbəla faciəsi nəql edildiyi zaman qəmlənib kədərlənməyən bir qəlb vardırmı, görəsən? Hətta müsəlman olmayanlar belə o müqəddəs bayraq altında baş verən pak insanların mübarizəsini inkar edə bilməzlər.”

Edvard Bron
(İngilis şərqşünas)

“Hüseyn ən dəyərli yaxınlarını fəda etməklə məzlumluğunu və haqlı olduğunu isbat edərək dünyaya fədakarlıq dərsi verdi. İslamın və müsəlmanların adını yüksəldərək tarix səhifələrinə şərəflə yazdı.

İslamın bu əvəzsiz qəhrəmanı dünyaya bu dərsi verdi: Zülm və haqsızlıq qalıcı deyildir. Zülmün təməli nə qədər möhkəm olsa da, haqqın qarşısında yenilməyə məhkumdur.”

Martin Deutshch 
(Yaxın Şərq üzrə ekspert)

“Hüseynin dastanı azadlıq aşiqlərini Allah yolunda fədakarlığa sövq etməkdə və ölümə qovuşmağı, (Şəhid olmağı) ən böyük arzu saymaqdadır. Necə ki, özləri döyüş meydanında daha öncə ölmək üçün sanki bir-biriləri ilə yarışırdılar.”

Əllamə Tantavi 
(Misirli din alimi)

“Kərbəla faciəsı islam tarixində misilsizdir. Ona səbəb olanlar da sayca nadirdirlər. Allahın Qurani- Kərimdə Peyğəmbərinə buyurduğu kimi məzlumları qorumağı Hüseyn özünə borc bilmiş və bu yolda böyük fədakarlıq etmışdır. O, böyük qurbangahda varlığını fəda etdi və Allah qatında Şəhidlərin əfəndisi ünvanını aldı. İstədiyi hədəfə həm də qat-qat çox çatdı.”

Əl-Übeydi 
(Mosul müftüsü)

“Bizim xristiyan din adamları da İsanın çəkdiyi müsibətləri danışaraq xalqı qəmləndirməkdədirlər. Ancaq bunu etiraf edək: Hüseynin tərəfdarlarında olan eşq və həyəcan İsanın tərəfdarlarında əsla yoxdur! Zənnimə görə bunun səbəbi bu olmalıdır: İsanın müsibəti Hüseynin müsibətinin qarşısında saman çöpü ilə dağın qarşılaşdırılması kimidir.”

Tomas Masarik
(Çexiyalı siyasətçi)

“İmam Hüseyn Yezidə təslim olaraq həyatını qurtara bələrdi. Amma islamı öndərlik (rəhbərlik) onun Yezidə boyun əyməsinə əsla izin verməzdi. O, islam dinini Üməyyənin oğullarının pəncəsindən qurtarmaq üçün hər cür sıxıntıya qatlanmağa hazır idi, zatən. Yandırıcı günəşin altında, ərəb torpqlarında, quru çöldə yatan Hüseynin ruhu ölməz qalacaqdır. Ey igid, ey cəsarət örnəyi, ey əvəzsiz qəhrəman, ey mənim Hüseynim!”

Vashinqton İrvinq
(Amerikalı tarixçi)

“Əsrlər boyu insanlar hər zaman cəsarəti, qəhrəmanlığı, fədakarlığı və böyük ruhlu insanları sevmişlər. Məhz bu insanların düşüncəsində azadlıq və ədalət əsla əsarətə və zülmə boyun əyməz. İmam Hüseynin ucalığı buna görədir və bu məqamdadır. Mən aradan 1300 il keçməsinə rəğmən, onun tərəfdarlarının yanında yer aldığım üçün çox xoşbəxtəm.”

L.M. Boyed 
“Hz.Hüseynin və digər qəhrəmanların Kərbəlada bizə mesajı budur: Dünyada əsla dəyişməyən sevgi və məhəbbət kimi qanunlar vardır. Əgər bir insan bu yolda vuruşarsa, sevgi və məhəbbət var olduqca, Hüseyn də hər zaman var olacaqdır.”

Fredik Comes
(İngilis siyasətçisi)

“Əgər Hz.Hüseyn dünyəvi mənfəət üçün savaşmaq istəsəydi, onda nə üçün bacı və qardaşlarını, ailə və övladlarını döyüşə aparırdı? Nəticə odur ki, bu müqəddəs insan sırf islam yolunda döyüşmüşdür.”

Çarlz Dikens
(İngilis yazıçısı)

“Dünyada İmam Hüseynin göstərdiyi cəsarət və qəhramanlığın tayı-bərabəri yoxdur və olamayacaq. Fikrimcə özünü İraq toraqlarında fəda edən bu böyük Şəhidi bütün müsəlmanlar örnək almalıdır.”

Muhəmməd Əli Cinnah

(Müstəqil Pakistanın qurucusu)

“Mən islamın böyük öndəri İmam Hüseyinin həyatını diqqətlə oxudum. Kərbəlada yaşanan olayları səhifə-səhifə mütaliə etdim. Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, Hüseyini örnək almalıdır.”

Mahatma Qandi 
(Hindistana müstəqillik qazandıran siyasi lider)

“Əgər Hüseyn bizdən olsaydı, onun adına hər yerə bir bayraq asar, bütün kəndlərdə onun adına minbərlər qurar və Hüseyn adına xalqı xaçpərəstliyə dəvət edərdik.”

Antuan Bara 
(Məsihi din xadimi)

“Dini və siyasi hərəkatlar arasında Hüseynin hərəkatı misilsiz bir hərəkatdır. Bu hadisədən sonra Əməvi dövlətinin ömrü normal bir insanın ömrü qədər də davam edə bilmədi. Hüseynin Şəhadəti ilə onların dövlətinin dağılması arasında sadəcə altmış ildən də az vaxt vardır.”

Abbas Mahmud Akkad 
(Misirli yazıçı)

“Yezid Hüseyni öldürmələri üçün xalqı təşviq etdiyində ona dedilər ki, əvəzində nə qədər məbləğ verəcəksən? Amma Hüseynin əshabı deyirdi ki, Biz səninləyik. Əgər yetmiş dəfə öldürülsək də, yenə səndən əsla ayrılmayacağıq və sənin yanında savaşıb öləcəyik.”

George Cerdak 
(Livanlı xristiyan yazıçı və din xadimi)

“Aşura gününün dünya müsəlmanlarının yanında böyük mənası vardır. Bu gün dünyanın ən acı və faciəli olayı baş vermişdir. Hüseyinin şəhadəti acı ilə birlikdə böyük bir zəfərin də xəbərçisidir. Çünkü, Allahın iradəsinə təslimiyyət mənasına gəlməktədir. Bu dərsi almış olduq: Təhlükələr nə qədər böyük olursa olsun, qorxmamalı və ədalətdən ayrılmamalıyıq.”

Liyakat Ali Han 
(Pakistanın ilk baş naziri)

“Hüseynin bacısı Zeynəb Yezidin və İbni Ziyadın ağzının dadını zəhər etdi. Onların zəfər qədəhinə zəhər qatdı. Hüseyndən sonra Əməvilərin çökməsi, Muxtarın qiyamı kimi olaylarda tək örnək Kərbəlanın əvəzsiz qəhrəmanı Zeynəb idi.”

Bintul Şati

(Misirli yazıçı)

Related items

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button