ArxivXəbər lentiXəbərlər

Amnesty International: Azərbaycan hakimiyyəti tənqidçilərin təqib olunması üçün pandemiyadan istifadə edib

Amnesty International bildirir ki, Azərbaycan hakimiyyəti müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı  genişmiqyaslı təqib kampaniyasına başlamaq üçün COVİD-19 pandemiyasından istifadə edib. Hökumətin koronavirusa qarşı mübarizə tədbirlərini tənqid edənlər təqiblərə məruz qalıb, Amnesty International-ın Azərbaycanda vəziyyətə həsr olunmuş yeni bəyanatında deyilir.

“COVİD-19-un Azərbaycan həbsxanalarında yayılması ilə bağlı artan narahatlıqlar fonunda ölkə hakimiyyəti nəinki siyasi motivlərlə həbs olunmuş məhbusların -azərbaycanlı həmkarlarımızın nüfuzlu rəyinə əsasən onların sayı ən azı yüz nəfərdir- azad edilməsi məsələsini nəzərdən keçirmir, əksinə, hakimiyyət pandemiyaya qarşı mübarizə bəhanəsilə daha çox tənqidçilərini dəmir barmaqlıq arxasına atır”, -Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.

Hətta ölkə hakimiyyəti öz niyyətini gizlətmir. Belə ki, hələ martın 19-da Azərbaycan prezidenti İlham əliyev pandemiya dövründə “yeni Qaydalar”ın tətbiq ediləcəyini vəd etmişdi. Eyni zamanda o, Azərbaycanın siyasi səhnəsini müxalifətdən “təmizləmək” niyyətini bəyan etmişdi, müxalifət nümayəndələrini “satqınlar” və “beşinci kolon” adlandırmışdı. O vaxtdan bəri prezidentin bir neçə görkəmli siyasi əleyhdarı və vətəndaş fəalları, o cümlədən Tofiq Yaqublu və Elçin Məmməd yalan ittihamlarla həbs edilib.

Bundan əlavə, hakimiyyətin pandemiyaya qarşı mübarizə tədbirlərini tənqid edən onlarla adam, o cümlədən vətəndaş fəalları və müstəqil jurnalistlər dəmir barmaqlıqlar arxasına salınıb. Onları uydurma ittihamlarla 10 gündən 30 günə qədər inzibati həbs gözləyirdi. Ən azı dörd jurnalist pandemiyaya qarşı mübarizə ilə bağlı hökumətin tədbirləri barədə tənqidi reportajlarına görə azadlıqdan məhrum edilib.

Ölkənin ən böyük müxalifət partiyalarından biri, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bildirib ki, onun on beş fəalı saxta ittihamlarla 30 günə qədər həbs edilib. Onlardan biri, aprelin 16-da saxlanılan Niyaməddin Əhmədov bir aylıq inzibati həbs müddəti bitdikdən sonra uydurma narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak ittihamı ilə yenidən həbs edilib. Bütün hallar onun təqib olunmasının siyasi xarakter daşıdığını deməyə əsas verir. Onun seçdiyi vəkillə təmin olunmasından imtina edilib. O, ən azı sentyabr ayına qədər həbsdə olacaq. Niyaməddin Əhmədova qarşı ittihamlar qaldırılmalı və o, uydurma siyasi motivli ittihamlarla inzibati həbslərə məruz qalan digər fəallarla birlikdə dərhal azadlığa buraxılmalıdır, Amnesty İnternational təkid edir.

“Azərbaycanın penitensiar müəssisələrində COVİD-19-a yoluxma hallarını nəzərə alaraq, saxlanılan şəxslər koronovirusa yoluxma riskinə getdikcə daha çox məruz qalırlar”, – Natalya Nozadze əlavə edib. Mayın 15-də Azərbaycan hakimiyyəti həbsxanalarda COVİD-19-a 46 yoluxma faktının təsdiqləndiyini bildirib. Lakin azərbaycanlı hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət ölkədə pandemiyanın miqyasını azaltmağa çalışır. Hələ pandemiyadan əvvəl penitensiar müəssisələrdə məhbusların sayı çox olub və əlverişsiz sanitariya şəraiti Azərbaycan məhbuslarının sağlamlığı üçün ciddi təhlükə törədib. Aydındır ki, bu təhlükə artacaq.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button