AktualArxivFilm​IslamXəbər lentiXəbərlər

Amerikanlar iğtişaşlar zamanı namaz qılan müsəlmanları qorumaq üçün dövrəyə aldı… / VİDEO

Nyu-Yorkda qaradərili Corc Floydun qətli ilə bağlı son iğtişaşlar zamanı dinlərarası qardaşlığa nümunə olan bir video-görüntü internet şəbəkələrini riqqətə gətirib.

qafqaz.ir bu haqda “İndianexpress” nəşrinə istinadla xəbər verir.

Videoda bir qrup müsəlmanın küçədə namaz qıldığı, digər dinlərə mənsib onlarla amerikalının isə hökm sürən xaosun içində möminlərin öz vəzifələrini rahat yerinə yetirə bilmələri üçün əl-ələ tutaraq onları dövrəyə almaları görünür. Onlar müsəlmanların ibadətinə mane olmaq istəyən polislərin də qarşısını alırlar…

Video dərhal sosial şəbəkələrdə yüzlərlə şərh qazanıb:

“Qeyri-müsəlmanlar müsəlmanları təhlükəsiz namaz qılmaları üçün dövrəyə alıblar. Mən buna heyranam. Bax, bu, əsl insanlıqdır! “,” Xaosun arasındakı gözəllik “,” Heyrətamiz. Mən dindar deyiləm, amma bunu gördüyüm üçün çox xoşbəxtəm. Bu, inancından asılı olmayaraq insanların bir-birlərinə bəxş edə biləcəyi əsl sevginin göstəricidir… ”

qafqaz.ir

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button