AktualAktualArxivIslammədəniyyatSosialtahlil va magaleXəbər lentiXəbərlər

Amerikanın Qafqaz və Orta Asiyadakı bioloji laboratoriyaları

Bir hüquqşünas BMT-nin baş katibinə məktub yazaraq BMT-nin Nizamnaməsinə, insan haqları və bioloji silahlar barədə beynəlxalq sazişlərə işarə edərək bəzi post-sovet ölkələrində Amerikaya aid laboratoriyaların fəaliyyətlərinin araşdırılmasını istəyib.

Qafqaz Həqiqətləri xəbər verir ki, koronavirus pandemiyası Qırğızıstanda bioloji laboratoriyaların inşası məsələsini diqqətə çəkmişdir.

Hal-hazırda sözügedən məsələ müxtəlif sahələrdə bu kimi təşəbbüsləri dəstəkləyən Qeyri-Hökumət Təşkilatları nümayəndələri, ekspertlər və jurnalistlər tərəfindən müzakirə olunur. Xüsusi tribuna və mediaların seçilməsi xarici sifarişçilərin də bu məsələnin araşdırılmasında maraqlı olması şübhələri yaradır.

Ermənistanda da bioloji laboratoriyaların fəaliyyətində xarici oyunçuların rolu barədə müzakirələr başlamışdır. Beləliklə, hüquqşünas Aleksandr Kaçubayev BMT baş katibinin diqqətini bu ölkədə Amerika tərəfindən maliyyələşən “kütləvi qırğın silahlarının istehsalı laboratoriyalarının” mövcudluğu mövzusuna yönəltmişdir.

Hüquqşünas baş katibə yazdığı məktubda BMT-nin nizamnaməsinə, insan haqları və bioloji silahlar barədə beynəlxalq sazişlərə toxunaraq BMT Təhlükəsizlik Şurasının səlahiyyəti çərçivəsində Ermənistan laboratoriyalarının fəaliyyətlərinin araşdırılmasını istəyib.

O, “Ermənistanın səsi” radiosuna verdiyi açıqlamada deyib: “Həqiqət budur ki, iki həftə bundan əvvəl ölkədən xaricdə yaşayan 16 nəfərlik alimdən ibarət bir qrup həmvətənimiz bizdən xahiş edib və biz də qəbul etmişik ki, Ermənistan ərazisində yerləşən təqribən 10 bioloji laboratoriyanın fəaliyyətini dayandırmaq üçün lazım olan bütün addımları ataq. Bizə elə gəlir ki, Ermənistan Respublikasının milli təhlükəsizliyi təhdid olunur. Mən bu laboratoriyaların lisenziyasının ləğv edilməsi istiqamətində təlaş etmək istəyirəm. Məndə olan məlumata görə, bu laboratoriyalar ABŞ büdcəsi hesabına fəaliyyət göstərir. Onlar İrəvanda və demək olar ki, Ermənistanın bütün məntəqələrində yerləşir. Həmin məlumata əsasən, bu laboratoriyalar üzdə genetik təhqiqatlarla məşğuldurlar, lakin həqiqətdə onların əsas işi müxtəlif növ yoluxucu patogenlər üzərində fokuslanıb.”

Kaçubayevin sözlərinə görə, ermənistanlı mütəxəssislərin işlədiyi laboratoriyalar 12 ildir ki, Ermənistanda mövcuddur və Ermənistan hökuməti bu laboratoriyalara lisenziya vermişdir.

Hüquqşünas əlavə edib: “Bu bioloji laboratoriyaların Ermənistan xalqı üçün təhdid olmasına dair bir sıra faktlar vardır. Bu üzdən milli təhlükəsizliyin əsas prioritetlərindən sayılır. Bu işdə səhlənkarlığa yol vermək olmaz. Çünki bütün dünyanın və bizim ölkəmizin əziyyət çəkdiyi həmin təhlükəli koronavirus tamamilə süni şəkildə və bu kimi laboratoriyalarda yaradılmışdır.”

Kaçubayev açıqlamasının davamında deyib: “Bu məsələyə də diqqət etmək lazımdır ki, Amerika tərəfindən maliyyələşən bioloji laboratoriyalar təhlükəli bioloji silahlar yayırlar və bu, bəşəriyyətin sülh və təhlükəsizliyi əleyhinə cinayətdir. Mən baş prokuror Artur Davtyana məktub göndərdim və ondan qabaq Ermənistan İnzibati Məhkəməsinə şikayət hazırlamışam ki, ölkəmizin ərazisində fəaliyyət göstərən bioloji laboratoriyaların lisenziyasını ləğv etsin.”

Aleksandr Kaçubayevə indiyədək Baş Prokurorluqdan və İnzibati Məhkəmədən cavab verilməyib. Lakin o, bu addıma reaksiya veriləcəyinə əmindir.

Hüquqşünas vurğulayıb ki, MDB ölkələri, o cümlədən Qırğızıstan və Qazaxıstanda xalqın istəyinə uyğun olaraq bu qəbil laboratoriyalar bağlanmalıdır.

Ermənistanda müxalifət bu iş üçün bütün təlaşını göstərir və bu laboratoriyaların mərkəzində olmaq istəmirlər.

Eyni halda Bişkekdə də bir sıra siyasi qüvvələr və ekspertlər “Bioloji Tədqiqata Nəzarət üzrə Beynəlxalq Agentlik” yaradılması kimi təşəbbüsə əl atıblar.

Həmin təşəbbüsçülərdən biri, hüquqşünas Arkin Sadanbeykov deyib: “Koronavirusun dünyada yayılması göstərdi ki, nüvə savaşının təhlükəsi ikinci mərhələyə qayıdıb. Biz öz gözələrimizlə görürük ki, hal-hazırda bəşəriyyət və sivilizasiyanın əsas problemi bioloji təhlükəsizlikdir. Ötən altı ayda koronavirus milyonlarla insan arasında yayıldı, zəruri addımlar və karantin rejimi tətbiq edilməsi ölkələrin iqtisadiyyatının zəifləməsinə səbəb oldu və bunun nəticəsi atom bombasının nəticəsindən az deyil.”

Onun sözlərinə görə, bu təşəbbüskar qrup aparıcı ölkələrin rəhbərliyi ilə BMT-yə və bütün beynəlxalq təşkilatlara müraciət etmiş və dünyanın bioloji təhlükəsizliklə bağlı təhdidlərə diqqət ayırmasını istəyib.

Təşəbbüskar qrupun bəyanatında deyilir: “2004-cü ildə Qırğızıstan “Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiyaya qoşuldu. Bu konvensiya 16 dekabr 1971-ci ildə BMT-nin 2826 saylı qətnaməsində təsdiq edilmiş və 10 aprel 1972-ci ildə imzalanmışdır.”

Qrup təkid edib ki, təkcə müştərək nəzarətlə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən bütün laboratoriyalarda bioloji tədqiqatların qeyri-düzgün istiqamətlənməsinin qarşısını almaq olar.

Qeyd edək ki, Qırğızıstan postsovet ölkələri arasında ilk ölkə olaraq 2011-ci ildə Kanadanın Bişkekdə bioloji laboratoriya inşa etməsinə icazə vermədi. Eyni halda korona pandemiyasının Qırğızıstanda yayılması ilə bu ölkədə bioloji laboratoriyaların icad edilməsi məsələsi yenidən ortaya çıxdı. Bu ölkədə bir sıra QHT və jurnalistlər öz xarici dəstəkçilərinin himayəsi ilə sözügedən məsələdə lobbilik edirlər.

Siyasi məsələlər üzrə ekspert İqor Şestakov deyib: “Hal-hazırda sosial şəbəkələrdə ABŞ tərəfindən verilmiş bu kimi planların icrasından imtinanı “itirilmiş fürsətlər” adlandıran və buna görə “ağlayanlara” təəccüb edirəm. Onlar “Gürcüstan və Ermənistanın müsbət təcrübələrindən” danışırlar. Lakin mən başa düşə bilmirəm ki, bu hansı növ təcrübədir. Korona virusu Gürcüstan və Ermənistanda da vardır. Biologiya elmləri atelyesinin mövcudluğu qorunmaq üçün zəmanət yaratmır. Sabiq SSRİ ölkələrinin təcrübəsi göstərdi ki, onlar tibbi personallarının təlim səviyyəsini yüksəltmirlər və vaksen, yaxud digər faydalı bir şey axtarışında da deyillər. Bu vəziyyətdə yalnız MDB ölkələri ərazisində doğrudan da belə potensiallara ehtiyacı olan kəslər faydalanır.”

Onun sözlərinə görə, bu layihənin lobbilərinin əsas suallara yeni cavab və dəlili yoxdur. Ona görə də Bişkek rəsmiləri öz mövqelərini dəyişməyəcəklər.

Ekspert əlavə edib: “Üstəlik, əgər ölkədə belə bir gözlənilməz layihə peyda olsa, birincisi, Qırğızıstanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkillatı”ndakı şərikləri arasında müsbət hislər yaratmayacaq. İkincisi də, Pekinin Vaşinqtonla üz-üzə dayanmasının pik həddinə çatdığı bir vaxtda bu kimi məsələdən məmnun olacağı ağlabatan deyil.”

Şestakov Çin və ABŞ-ın bir-birini Covid-19-u yaymaqda günahlandırdığı hazırkı durumu şərh edərək deyib: “Hazırkı koronavirus 2012 və 2015-ci illərdə yayılmış MERS-Cov virusu ilə 70 faiz oxşarlıq təşkil edir. Üstəlik, Amerikanın Gürcüstanda yerləşən bioloji laboratoriyalarında ötən bir neçə ildə müxtəlif xəstəlikləri, o cümlədən ebola, pneumonia, yəni həmin Covid-19 kimi yeni virus növləri yaya bilən yarasalar üzərində araşdırma aparırdılar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button