AktualAktualArxivXəbər lentiXəbərlər

“Putinin planı üç mərhələlidir, hədəf keçmişi bərpadır”

“Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovetlər Birliyini yenidən canlandırmaq istəyir”.

 Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Arseni Yaçenyuk deyib.

 Ukraynanın paytaxtı Kiyevdə davam edən Yalta Avropa Strategiyası 11. Forumunda çıxış edən Yaçenyuk Putinin Ukraynanın Avropa cəmiyyətinin bir qisimi olmasını qəbul edə bilmədiyini bildirib.

 Rusiyanın 3 mərhələli planı olduğunu qeyd edən Yaçenyuk Putinin Ukraynanı tam şəkildə işğal etmək istədiyini vurğulayıb:

 “Putin Sovetlər Birliyini yenidən canlandırmaq istəyir, bu səbəbdən də son məqsədinin yalnız Donbas bölgəsi deyil, bəlkə də bütün Ukrayna torpaqlarıdır. Putin planının ilk mərhələsinin Krımı işğal etmək idisə, ikinci mərhələsi Donbasda böhran yaratmaq, üçüncü addımının isə Odessa vilayəti üzərindən Transdinyester bölgəsinə dəhliz yaratmaqdır”.

 Yaçenyuk Avropa Birliyi və ABŞ-ın da Rusiya ilə Ukrayna arasındakı Donbas böhranın həlli ilə bağlı dialoqda iştirak edəcəyini, ölkəsinin Rusiya ilə tək dialoq masasına oturacaq qədər güclü olmadığını və bu dialoqun da Cenevrə danışıqlarında olduğu kimi ABŞ, AB, Ukrayna və Rusiya şəklində olmasının tərəfdarı olduqlarını söyləyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button