Islam

Şirazilər Cərəyani Və Şiəlik Adi Altinda Yaranmiş Azğin Firqə Barəsində Bilməli Olduqlarimiz

10354089_647966238630736_8904035528447990877_n - Copy

Aşura deyildikdə şiələr yada düşsə də, əslində əhli-sünnə də İslam Peyğəmbərinin (s)  övladının şəhadət günündə kədərlənir. Əhli-sünnə böyükləri tarix boyu Peyğəmbər (s) Əhli-beytinə (ə) hörmətli yanaşıblar, onların hörmətini qoruyub saxlayıblar.

Bu gün “Şirazilər” adlı cərəyan imam Hüseynə (ə) əza saxlamaq bəhanəsi ilə qəmə vurmaq kimi mərasimləri təbliğ edir və əsl, xalis Məhəmməd (s) İslamını təhrif edir.

Bir neçə il qəmə vurmağın haram olması barəsində böyük şiə təqlid məcrələri tərəfindən fitvalar verilməsinə və böyük rəhbərin də bunu təsdiqləməsinə baxmayaraq şirazilər kimi bəzi cərəyanların inadkarlığı səbəbindən şiələr qəməvuranlar və bu hadisənin xoşagəlməz siması ilə tanınmaqdadırlar. Uyğun cərəyanların təbliğ etdiyi İslam həqiqətlərinə uyğun olmayan əzadarlıq mərasimlərinin səs-küyündə imam Hüseynin (ə) məzlumluğu və onun aşura mesajı kölgə altında qalır.

Bu zəhərəli fəza həmin problemli cərəyanların şiələrin pak hisslərindən sui-istifadə etmələrinin və onların Əhli-beytə (ə) olan səmimi hisslərini, eşqlərini, müəyyən hədəflər üçün vasitə etməyin nəticəsidir. Bu fəza müsəlmanlar arasında parçalanma və İslam düşmənlərinin hədəflərinin gerçəkləşməsi səbəbidir.

London istehsalı şeytan xidmətçiləri

Londonun yaxşı məhsulları olduğunu eşitmişdik, lakin onların saxta müsəlman istehsal etdiklərini bilmirdik! İngiltərənin uyğun məhsullarından bəziləri ilə tanış olmaq pis olmazdı.

Sekulyar, plüralist yaxud laik müsəlmanlar; əlbəttə onların uyğun məktəbləri İslamla necə sintez etdikləri də məlum deyil.

Müxtəlif növ təkfirçi, sələfi və vəhhabi müsəlmanlar; şiələrin və əhli-sünnənin başını kəsməyə xüsusi marağı olan şəxslər! Bu şəxslərin fəaəliyyət dairələri Əfqanistan, Pakistan, İraq və Suriyada intihar əməliyyatları, partlayışları ilə xülasələşir. Həzrət Məhəmməd (s) ümmətində parçalanma yaratmaqda israrlı olan və şeytan xidmətçiləri cəmiyyətinə üzv seçilən şiənümalar!

Son 2-3 il ərzində formalaşan, inkişaf edən cərəyanlardan biri Şirazi adlı Qum təqlid mərcəsinin dəftərxanasının sayəsində yaranan  Şiə görkəmli saxta bir cərəyandır.

Bu cərəyan həm də dini heyətlər, əzadarlıq dəstələri vasitəsi ilə inkişaf etməyə çalışır. Onlar heç bir halda zaman və məkanı, İslam dünyasında baş verən hadisələri nəzərə almadan bidətləri təbliğ edirlər və bunun nəticəsi günahsız şiələrin qətlidir. Bu cərəyana aid peyk kanalları, müxtəlif İslam ölkələrində böyük tədris mərkəzləri onlara ayrılmış yüksək məbləğdə maddi dəstəyin yalnız bir hissəsidir. Lakin eyni zamanda avropa ölkələri İran İslam Respublikasının – İ.İ.R beynəlmiləl TV kanallarını bağlayırlar və hizbullaha aid əl-Minar kanalı bir çox peyklərdə yayım icazəsinə malik deyil.

Uyğun cərəyan bütün şiələri, əhli-beyt (ə) aşiqlərini dəstəkləməsini, himayə etməsini iddia etsə də, Suriya hadisəsində azca belə fikir bildirmədi, Suriya probleminə heç bir şəkildə toxunmadı. Hətta düşmən həzrət Zeynəbin (s) pak hərəmini dağıtmaq istədikdə də bu firqə heç bir reaksiya göstərmədi. Daha maraqlı olan budur ki, təkfirçilərdən sonra seyyid Həsən Nəsrullahın əleyhinə fəaliyyət göstərən yeganə müsəlman cərəyan uyğun cərəyandır.

Uyğun cərəyanın dini birliklərin cəlb edilməsi ilə bağlı siyasəti qeyri-siyasi dəstələri, dini heyətləri cəlb etməkdir. Onların bu işdə məqsədi adi dindarları siyasi məsələlərin açıqlandığı dini birliklərdən, heyətlərdən uzaq salmaqdır.

Bu firqə əslində dini heyətlər, birliklər və İslam quruluşunda parçalanma yaratmaq fikrindədir.

Yazının davamında bu cərəyanın azğın fəaliyyətləri və düşüncələrinin qısa tarixçəsinə işarə edəcəyik:

İmamın arxasında (r) namaz qılmaq və İslam İnqilabı əleyhinə fəaliyyətlər

Ayətullah seyid Məhəmməd Şirazi şirazilər ailəsinin böyük qardaşıdır. O, mərhum İmam şiələrin rəhbəri olduğu zamandan etibarən İmamın əleyhinə oldu. Lakin mərhum ayətullah Şirazi İmam Xomeyni (r) Kərbəlaya daxil olduqda onu çox yaxşı qarşılamışdı və hətta İmamdan istədi ki, onun əvəzinə imam Hüseynin (ə) hərəmində camaat namazı qılsın. Lakin Ayətullahül-üzma Həkim rəhmətə getdikdən sonra və kərbəlalılar tərəfindən ayətullah Şirazi təqlid mərcəsi təyin olunduqdan sonra bu rabitə soyuqlaşdı.

İmamın (r) Kərbəlaya daxil olması və seyyid Məhəmməd Şirazi tərəfindən yüksək şəkildə qarşılanması barəsində deyilir: “Hicri təqvimi ilə 44.07.16 tarixində cümə günə əsr vaxtında imam Xomeyni (r) şəhid Mustəfa və bəzi alim və ruhanilərlə kərbəlaya yola düşdü. Kərbəla şəhərinin 30 kilometliyində, Müsəyyib qəsəbəsində Kərbəla və Nəcəf alim və tələbələrindən və Kərbəla əhalisindən təxminən 500 nəfərə yaxın şəxs bu məntəqədə İmamı qarşıladılar. İmam Kərbəlaya daxil olduqda imam Hüseynin (ə) pak hərəminin  səsyüksəldici vasitəsi ilə imam Xomeyninin gəlişini Kərbəla şəhidi həzrət Hüseyn ibn Əli (ə) və o müqəddəs şəhərin bütün əhalisinə təbrik deyildi və elanı oxuyan şəxs üzünü həzrət imam Hüseynin (ə) məqbərəsinə tutub belə səsləndi: “Bu gün sənin yolunu və fikrini davam etdirərək qiyam edən, bu yolda çətinliklərə düçar olan fədakar övladlarından biri hüzuruna gəlir”. Daha sonra imam Xomeyniyə müraciətlə dedi: “Ey Mücahid! Ey qiyamçı! Cəddin Hüseynin (ə) şəhərinə xoş gəlmisən.”

Seyyid Məhəmməd Şirazi sağdan ikinci şəxs, imam Kərbəlaya daxil olduqda onu qarşılayarkən.

 Həmin vaxt Kərbəla şəhərinin girişində həzrət Əbül-Fəzlin hərəminin arxasında şəhər əhalisi tərəfindən neçə qoyun qurban kəsildi. Ziyarətdən sonra cənab seyid Məhəmməd Şirazinin istəyi ilə İmam Xomeyni onun yerinə məğrib və işa namazlarını hərəmdə qıldı və ruhanilər, xalq ona iqtida etdilər. Namaz başa çatdıqdan sonra cənab Şirazi Kərbəla əhalisi tərəfindən İmamdan istədi ki, azından bir həftə Kərbəlada qalsın. İmam bu təklifi qəbul etdi və bir həftə kərbəlada qaldı, həmin bir həftədə Şirazi ağanın yerinə camaat namazını o qıldı. İmamın Kərbəlaya daxil olduğu günün birinci gecəsi onun iqamətgahında 500 nəfərə yaxın ruhani və adi insanlara yemək verildi, üç gün müddətində əzəmətli bayram mərasimi keçirildi, İmamın və İran İslam hərəkatının mədhində şeirlər, qəsidələr oxundu.

Ayətullah Xoi: Bu seyidin işləri şübhəlidir

Kərbəla sakini olan bu cavan seyidin mərcəliyi, təqlid müctəhidi olmaqlığı ilə ən əsas müxalif şəxslər ayətullah Xoi, ayətullah Seyyid Məhmud Şahrudi oldu. Bu iki təqlid  müctehidi seyid Məhəmməd Şirazinin ictihada çatması ilə bağlı suallar olduğunu bildirdilər və onun təqlid müctehidliyinin ortaya qoyulmasını şübhəli olduğunu dedilər.

Ayətullahül üzma seyyid Əbül-Qasim Xoi və ayətullahül-üzma Şahrudi hər ikisi ayrı-ayrılıqda onun əleyhinə bəyanat verdilər. Cənab Şahrudi öz bəyanatında bildirmişdi ki, cənab Şirazi müctehid deyil və bu iddianın sübutu onun öz ustadı şeyx Yusif Hairidir; şeyx Yusif Hairi bir yazıda təsdiqləmişdir ki, cənab Şirazi ictihad həddinə çatmayıb. Daha sonra onun əleyhinə hücumlar bir qədər daha çox şiddətləndi və mərhum ağa Xoi ona verilən suala elə şəkildə cavab vermişdi ki, həmin şəxsin şəxsiyyəti alçalmışdı. … Mərhum ayətullahül – üzma seyyid Əbül-Qasim Xoi həmin suala cavab verərkən bildirmişdi ki, bu seyyidin işləri şübhəlidir və ona xüms vermək icazəli deyil.

Seyyid Məhəmməd Şirazi müharibənin əvvəllərində İraq xalqını imam Xomeyninin rəhbərliyi altında olmağa çağırmışdı. Lakin o sonralar təccübdoğrucu bir addım ataraq ağa Müstəfanın ölümünü inqilabçıların öz işləri olduğunu bildirdi!

Şirazi ağanın dəftərxanası SAVAK məmurlarının yığışdığı məkan idi

İmamla rabitələrin kəsilməsi Şirazinin Küveytə köçməsinədək davam etdi. Lakin O, Küveytə köçdükdən sonra onun dostları və tərəfdarları imamın əleyhinə fəaliyyətə başladılar, imam barəsində pis sözlər danışdılar, imama nalayiq töhmətlər vurdular. Cənab Şirazinin yaxınlarından olan bəzi şəxslər həzrət imamı təkfir etməkdən belə çəkinmədilər və onların bu nalayiq sözləri Şirazi ağanın İrana gəldiyi dövrədək və hətta onun İrana daxil olmasından sonrakı dövrlərdə də davam etdi.

Həzrət imamın cənab Möhtəşəmi və cənab Firdovsi kimi bəzi dostları siyasi məsələlər ilə bağlı Küveytə səfər etdikdə, bəzi hadisələrlə rastlaşılmışdılar və onlar deyirdilər ki, cənab Şirazinin dəftərxanası İranın SAVAK işçilərinin yığışdığı bir məkana çevrilib və hətta onun özü də bizə tövsiyə edir ki, şahın əleyhinə mübarizədən əl çəkək və rejimin əleyhinə danışmayaq.

Lakin həzrət imam bütün bu mərhələlərdə onun barəsində açıq-aşkar mövqe göstərmirdi, həmçinin onun ictihadı və ədaləti barəsində söz deməkdən çəkinirdi. Bir dəfə bir dəstə Küveytli imamın hüzuruna gəldilər və Şirazi ağa və onun müctehid və adil olub-olmaması barəsində imama sual verdilər. Lakin həzrət imam onların və bəzi böyük şəxslərin narahatlığına səbəb olacaq söz deməmək üçün bu barədə qəti bir söz demədi.

Lakin Məhəmməd Şirazi İraqın böyük alimlərinin onun xalqı imamın mərcəliyinə dəvət etməsi üçün çağırışlarına belə cavab vermişdi: “Cənab Şirazinin cavabı bu idi ki, dostlar xalqı cənab Xomeyninin mərcəliyinə dəvət etməyimi məsləhət bilmədilər. Bu səbəbdən mən həmin mərcəlik iddiasında qalıram və uca Allah bizi yadların şərrindən qoruyacaqdır.”

Şiə təqlid müctehidinin dəfnindən sui-istifadə etmək

Şirazilər ailəsi İslam Respublikasının əleyhinə siyasi mövqelərini nümayiş etdirmək üçün hətta qardaşlarının cəsədindən də istifadə etməkdən çəkinmədirlər. Rəhbərliyin göstərişi ilə Seyyid Məhəmməd Şirazinin qəbri üçün həzrət Məsumənin hərəmində yer ayrılmasına baxmayaraq onlar qardaşlarının dəfn mərasimini siyasi bir mitinqə çevirdilər və müqəddəs Qum şəhərində iğtişaş, qatışıqlıq yaratdılar. Şahidlərin dediyinə görə bu hal Qum əhalisinin bir çoxunun etirazına səbəb oldu. Bu zaman təhlükəsizlik qüvvələri iğtişaşın qarşısını alır və Seyyid Məhəmməd Şirazinin tabutunu dəfn üçün mütəhhər, pak hərəmə göndərir. Bu əhvalat uzun illər Şirazilər ailəsinin böyük rəhbərə hücum cəkmələrinə, onun əleyhinə danışmalarına səbəb oldu. Lakin inqilabın rəhbəri uyğun şəxsin vəfatı zamanı bəyanat verərək Seyyid Məhəmməd Şirazinin zəhmətlərini dəyərləndirmişdi və Qumun Əzəm məscidində onun üçün xətm məclisi keçirmişdi.

Böyük qardaşdan qabağa keçən kiçik qardaş!

Seyyid Sadiq seyyid Məhəmmədin kiçik qardaşıdır. 1380-ci ildə Qum şəhərində onun vəfatından sonra şirazilə ailəsinin böyüyünə çevrildi. Bu cərəyanın İran İslam İnqilabı, həzrət imam Xomeyninin özü və həmçinin həzrət ayətullah Xamenei ilə düşmənçiliyi elə bir haldır ki, onlar onlar özü də hətta İranın daxilində bunu bildirməkdən, elan etməkdən çəkinmirlər. Seyyid Sadiqin başqa bir qardaşı Seyyid Müctəbadır. O hal-hazırda İngiltərədə məskunlaşıb. O da alimlər sırasına daxil olub.

 Seyyid Müctəbanın böyük rəhbərin əleyhinə söhbətlərinin və inqilabın rəhbərinə söyüşlərinin filmləri dəfələrlə virtual aləmdə nümayiş etdirilib. Əminliklə demək olar ki, İran İslam İnqilabının əleyhinə olan bütün cərəyanlar arasında heç bir cərəyan inqilabın böyük rəhbərinə qarşı belə təhqirləri rəva görməyib.

Seyyid Müctəba Şirazi Seyyid Sadiq Şirazinin qardaşıdır, İslam İnqilabının böyük rəhbərinə söyən bir şəxs və Yasir əl-Həbibin qayınatasıdır.

Bu cərəyan küveytli şeyx Yasir əl-Həbibin vasitəsi ilə Fədək və Sövtül-əthar kanallarının təsis olmasından sonra yenidən canlandı. Deyilənlərə görə Yasir əl-Həbiblə Seyyid Müctəba Şirazi arasında qohumluq rabitəsi də var. Elə görünür ki, Yasir əl-Həbib Seyyid Müctəba Şirazinin yeznəsidir. Şiə adı altında fəaliyyət göstərən 13 peyk kanalında Yasir əl-Həbibin bir çox şiə alimlərini, şəhid Məhəmməd Baqir Sədrdən ayətullah Sistani, Məkarim Şirazi və İslam İnqilabının rəhbərinədək bir çox alimləri təkfir etməsinə baxmayaraq, şirazilər cərəyanı onu tənqid etməyə, onun himayəsindən əlçəkməyə razı olmayıblar.

Şiəlik adı altında fəaliyyət gösətərən bu birliyin məzhəb əleyhinə ən əsas addımlarından biri də 13 peyk TV kanalının təsis olunmasıdır. Bu kanallardan hər birinin aylıq büdcəsi ən azı 95 min dollardır. Misal üçün İmam Hüseyin (ə) bir, iki, üç, Mərcəiyyət, Fədək, Salam, Rüqəyyə, Əbül-Fəzlil Abbas, əl-Ənvar, Xədicə, əz-Zəhra, əl-Məhdi və digər kanallara işarə etmək olar. Uyğun şəxslər məhərrəmlik günlərində Hüseyin atributları adı ilə çox səviyyəsiz məsələləri təbliğ etməklə dünyanın şiələrdən qorxuya düşməsinə səbəb olurlar!

Zahirdə dini görkəm almış bu kanallar şiəliyin həqiqi görüntüsünü tam əksinə göstərirlər. Əlbəttə, qeyd edək ki, bu kanalların böyük bir hissəsi ayətullah Seyyid Sadiq Şirazinin və onun dəftərxanasının himayəsi ilə təsis olunub və fəaliyyət göstərir. Daha maraqlı olan məsələlərdən biri də bu kanalların büdcəsinin hansı yolla təmin olunmasıdır? Nəzərə almalıyıq ki, bu kanallarda müxtəlif şirkətlərin reklamlarına yer verilmir.

SALAM kanalının müdiri cənab Hidayəti bildirir ki, kanalın aylıq büdcəsi 95 min dollardır. Bu büdcə digər peyk kanallarının  büdcəsi ilə müqayisədə olduqca azdır.

Təəssüflər olsun ki, hələ də Hüseyin şüarları adı altında sərt hərəkətlərin, qan tökməklərin şahidi olmalıyıq uyğun kanallarda. İnternetdə mühərrəm kəlməsini axtarışa verməklə onların bu səviyyəsiz, dəhşətli hərəkətlərinin nümunələrini görə bilərsiniz. Bu görüntülər o qədər acı və ağrılıdır ki, hətta şiələr özü də ona baxanda mənfi hisslər keçirirlər. O ki qaldı bütün dünyadan müxtəlif dinlərdən olan şəxslər bu təsvirlərə, bu görüntülərə baxsınlar və imam Hüseyin (ə) atributlarını onların yaratdığı görüntülər vasitəsi ilə tanımağa çalışsınlar. …!

Doktor Ticani “Əhli-beyt çətinliklərin açarı” kitabında İngiltərənin casus təşkilatlarının şiə məzhəbində təfriqə, parçalanma  yaratması barəsində yazır: “Şiələr əvvəllər zalımların üzərinə qalxızdıqları qılıncları bu gün öz başlarına vurmaq üçün qalxızırlar. İş o yerə gəlib çatıb ki, ingilislər Kərbəlada əzadarlıq dəstələri arasında qılınc payladırlar.”

Ötən il ayətullah Sadiq Şirazinin dəftərxanası tərəfindən idarə olunan İmam Hüseyin (ə) peyk kanalı vasitəsi ilə rəbiül-əvvəl ayının 9-dan 15 –dək olan günlər Bəraət (nifrət) həftəsi adlandırılmağa çalışıldı. Bu iş eynilə vəhdət həftəsində görüldü. Onların bu addımı bir çox şiələrin nigaranlığına səbəb oldu. Əlbəttə, bu hadisəyə əhli-sünnə və şiə böyükləri tərəfindən vaxtında düzgün reaksiya göstərildi.

Qəmə vurmaq məsələsi demək olar ki, şiənin əksər ələm təqlid müctehidləri tərəfindən bəyənilməmiş, pis bir iş kimi tanıtdırılsa da Seyyid Sadiq Şirazi Qəmə vurmağın müstəhəb olması barəsində fətva verdi.

Hətta məşrutə dövründə də şiə təqlid müctehidləri İslam ümmətinin vəhdətinin qorunması üçün bəyaniyyə veriblər. Bəyanatda yazılır: “Müsəlmanlar arasındakı beş  firqənin ixtilafları İslam dövlətlərinin zəifləməsinə və xaricilərin müsəlmanlar üzərində hökmranlıq etmələrinin asanlaşmasına səbəb olduğu üçün Məhəmməd (s) şəriətinin müdafiəsi səbəbindən əhli-sünnə və şiə müctehidlərinin fitvaları İslam ipindən yapışmağın vacib olmasıdır. İki  məzhəbin müctehidləri bu barədə eyni qərara gəliblər ki, bütün müsəlmanlar üçün İslamın əsasını qorumaq, bütün İslam məmləkətlərini, yad dövlətlərin istilasından, istismarından və xristian məmləkətlərinin hücumlarından qorumaq və bu yolda birləşmək vacibdir. Bütün məzhəblərin böyükləri bu barədə eyni qərara gəliblər ki, bütün müsəlmanlar üçün İslamı qorumaq yolunda bütün güc və qüvvələrindən istifadə etmək və lazım olan hər bir addımı atmaq vacibdir.

Necə ki, uca Allah buyurur: “Onlar kafirlərə qarşı sərt, öz aralarında mehribandırlar”. Bütün müsəlmanlara xatırladırıq ki, Allah bütün möminləri qardaşlığa çağırıb; müsəlmanlar bilsinlər ki, ümmət arasında parçalanmaya, nifaqı salan hər bir şeydən çəkinmək vacibdir. …”.

Ayətullah Nurullah Nəcəfi İsfəhani, Axund Xorasani, Seyyid İsmail  Sədr, Şeyxuş-şəriə İsfahani və Şeyx Abdullah Mazandarani bu bəyanatı imzalayan böyüklərdən olub.

İmam Əli (ə) ümmət arasında parçalanma yaradan işlər barəsində buyurur: “Əgər cahil sakit olsaydı, insanlar arasında ixtilaf yaranmazdı.”

Atanız kimi aldanmayın!

Ayətullah Seyyid Sadiq Şirazi hicri-şəmşi 88 il fitnəsində fitnəçiləri müdafiə etdi və bir filmdə müqəddəs İslam Respublikası quruluşuna hücum çəkdi, onu ağır, sərt ittiham etdi. Əlbəttə, onun və ailəsinin inqilabın əvvələrində İran xalqının İslam İnqilabına qarşı hücumları və qardaşının imam Xomeyninin inqilaba rəhbərliyinə müxalif olması aydın bir məsələdir. Bu şəxsin dəftərxanasının müdiri Məhəmməd  Hənafuruş, İmam Hüseyin (ə) kanalının müdiri və Seyyid Hüseyin Şirazi 88 ci il fitnəçilərini dəstəkləmələri və televiziya kanallarında xürafat təbliğ etmələri səbəbindən bir müddət həbsə salındılar. Hadisənin maraqlı yeri burasıdır ki, onlar İmam Hüseynə (ə) aid mərasimləri və atributları xüsusi, qeyri-normal şəkildə müdafiə etmələrinə baxmayaraq hicri-şəmsi 1388 ci il aşurasında bir qrup fitnəkarın imam Hüseyin (ə) dəyərlərini, atributlarını təhqir etmələri qarşısında heç bir söz demədilər.

Ayətullah Seyyid Sadiq Şirazi 1431 ci ilin səfər ayının 28-i tarixində Qum şəhərindəki çıxışında İslam Respublikasının rəhbərinə qarşı təhqiramiz ifadələrdən istidfadə etdi: “Cavanlar! Atalarınız kimi aldanmayın. Onların bəziləri aldandılar. Peyğəmbər (s) tarixini özünüz oxuyun. Kim nə deyir inanmayın! Deməyin ki, düz deyir. … İslam ölkəsində xalq inqilab edir. İndi isə xalq adı ilə ortaya çıxan bu hökumət dəyənəklə xalqı vurur! Bu İslam deyil! Bu gözəl deyil! Bu İslamla dünyanı İslama çağırmaq istəyirik! Yoxsa münafiqi öldürmək lazımdır? Allahın Peyğəmbəri (s) bir dənə münafiq öldürmədi! Bir İslam hökumətindəki millət bir etiraz aksiyasına görə hökumət tərəfindən döyülüb-öldürülür, bu hökumətdən nə gözləmək olar? Heç nə də gözləmirik. Bir düşünün. İslam ölkəsinin yalnız adı İslamdır. Bizim və sizin öhdənizdə belə bir məsuliyyət var ki, gücümüz çatdığı qədər bunu dünyaya göstərməliyik; Allah Peyğəmbərinin (s) tarixini dünyaya tanıtdırmalıyıq!”.

İmam Xomeyni (r) ruhaniyyətin şəri və siyasi məsələlərə daha çox diqqət etməsini xatırladır və ruhani sinifinin yolunu azacağı halda təhlükəli olması barəsində buyurur: “İslam bu ruhaninüma müqəddəslərdən zərbə aldığı qədər heç bir sinifdən zərbə almayıb”. O, Amerika İslamı xəttində olan hətta bir ruhaninin zərərləri barəsində buyurur: “Uca Allah bilir ki, mən yolunu azmış axundlara qarşı o qədər sərtəm ki, digər insanlara qarşı bu qədər sərt olmuram. SAVAK işçisi mənim yanımda yolunu azmış axunddan daha hörmətlidir.”

Məzlumnümalıq

Cənab Seyyid Məhəmməd Şirazi 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişdi. Lakin onun tərəfdarları və bəzi yaxınları ölümünün şübhəli olduğunu bildirdilər. Maraqlıdır ki, onun ölmü barəsində nəql olunan, danışılan söhbətlər bir-biriləri ilə ziddiyyət daşıyır və bu onların qurama söhbət olduğunu göstərir. Bundan əlavə belə bir sual yaranır ki, İslam quruluşu bu iki şəxsi (qeyd edək ki, onun oğlu Seyyid Məhəmməd Rza Şirazi də öz evində öldü və bunun da şübhəli olunduğu deyildi.) öldürtməklə hansı mənfəətləri güdə bilərdi?

İndiyə qədər uyğun şəxslər bu suala cavab verməyiblər, İslam Respublikası bu iki şəxsi öldürməkdə hansı məqsədlər ardıyca olub və ya bu iki şəxsin ölmündən İslam Respublikasının hansı mənfəətləri ola bilərdi?

Nə indi, nə də gələcəkdə İslam Respublikası ilə mübarizə gücündə olmayan müxaliflər nə üçün öldürülməli idi? Yoxsa bu iki şəxsdən daha təsirli və daha sərt müxalif yox idi ki, onlara növbə çatdı?! Bu iki şəxsin İslam Respublikası tərəfindən öldürülməsi nağılından yalnız o şəxslər faydalanır ki, onlar bu iki şəxsin ölümü səbəbi ilə özlərinin haqq olduğunu göstərməyə çalışırlar.

London sakini olan xoşgeyimli tələbə Yasir əl-Həbib

Xoşgeyimli bir tələbə olan Yasir əl-Həbib Londondakı bir Hüseyniyyədə moizə edir. O, vəhhabiyyətin bir nömrəli düşməni hesab olunur. Yasir Yəhya Əbdüllah əl-Həbib ayətullah Seyyid Sadiq Şirazinin himayəsi altında olan Fədək kanalının müdiridir. Lakin o uyğun zəncirvari kanalların hamısında fəal iştirak edir. Küveytdə Xuddamul-Məhdi heyətinin təsis olmasından yalnız üç il ötdükdən sonra Yasir əl-Həbibin ifrat hərəkətləri Küveyt dövlətini onun heyətinin qapsını blomlamağa  və onu zindana göndərməyə məcbur etdi.

Yasir əl-Həbibin ayətullah Sadiq Şirazidən icazənamə alması

Lakin bu cəsarətli cavan ingilislərin gözünü tutmuşdu. Beləliklə tez bir zamanda İngiltərə və Amerikanın insan hüquqları təşkilatlarının sujetinə çevrildi. Şübhəsiz Küveyt rəsmiləri də bu məsələdən təəccüblənmişdilər ki, nə üçün uyğun təşkilatlar bir bu qədər məhbus arasında bu cavan ruhaniyə bu qədər çox diqqət göstərirlər?! İngiltərənin vasitəçiliyi ilə Yasir əl-Həbibin Londonda sakinləşməsindən sonra onun fəaliyyətinin əhatə dairəsi olduqca genişləndi. Shianewspaper adlı qəzet nəşr olundu. Tez bir zamanda Londonda “İmameyni Əsgəreyn” elmi hövzəsi və ayətullah Seyyid Sadiq Şirazinin himayəsi ilə Fədək kanalı təsis olundu. 2010-cu ildə də Londondakı heyətini böyük bir hüseyniyyəyə, “Seyyiduş-şühəda” adlı hüseyniyyəyə çevirdi.

Qəməri 1431-ci ilin mübarək ramazan ayının 17-ci günü, İslam Peyğəmbərinin (s) zövcəsi Aişənin vəfat günü ilə eyni bir zamanda İngiltərə sakini olan bu şeyx öz Londondakı hüseyniyyəsində bir məclis təşkil etdi və minbərin başından Aişəyə doğru, çirkin, iyrənc ifadələr söylədi.

O, Aişənin nifaqını  və fəsadını sübut etmək üçün öz dəlillərini açıqladıqdan sonra söhbətini belə bir tövsiyə ilə başa çatdırdı: “Aişənin həlak olması münasibəti ilə bayram keçirmək dini zərurətdir; çünki Aişənin həlak olduğu gün böyük İslam qələbəsidir.” Onun saytı da fəxr ilə bu barədə məlumat yaydı: “Qeyd etmək lazımdır ki, Fədək kanalı bu mübarək bayramı və bayramdakı baş verən hadisələri yayımladı.

Bu kanalın efirinin yuxarı hissəsində televiziya kanalları tarixində ilk dəfə olaraq “Allahu Əkbər … Aişə fin nar” şüarı yazıldı. Proqramın müxtəlif fasilələrində Aişənin  həlak olmasından yaranmış şadlıq münasibəti ilə nəğmələr, sürudlar yayımlandı.”

Səudiyyə Ərəbistanın baş müftisi şeyx Əbdül-Əziz Alul-Şeyx onun bu addımı qarşısında belə reaksiya göstərdi: “Yasir əl-Həbibin Ümmül-Möminin Aişəyə söylədikləri təhqiramiz sözlərdən sonra ərəb və İslam ölkələrində şiə məzhəbinin yayımlanması dayandırılıb.” O, Ərəbistanın imam cümələri və məscidlərin imamları ilə görüşündə belə dedi: “Küveytli şiə ruhani Yasir əl-Həbibin sözləri səbəb oldu ki, şiəliyə meyilli bir çox əhli-sünnə məzhəbinə aid müsəlmanlar bu azğınlığa aparan yoldan geri qayıtsınlar və düzgün yolu seçsinlər.” Aluş-Şeyx söhbətinə belə davam etdi: “Bizim ərəb ölkələrindəki müxbirlərimiz mənə xəbər veriblər ki, şiə olmuş bir çox sünnülər — xüsusi ilə Afrikanın Şimalında şiəliyi qəbul edən sünnülər Yasir əl-Həbibin sözlərindən sonra şiəliyin batil məzhəb olduğunu anlayıblar və haqq məzhəbə qayıdıblar.”

Onun şübhəli sözləri Küveyt və Ərəbistan şiələri üçün də bir çox problemlər yaratdı. Şeyx Əmri, şeyx Hüseyin Mətuq, şeyx Həsən Qəffar, şeyx Əli Ali Möhsin, şeyx Əbdül-Cəlil Səmin, şeyx Nəmr Seyyid Haşim Səlman kimi şiə alimləri onun bu addımı qarşısında sərt reaksiya göstərdilər və ondan üz çevirdilər, onu inkar etdilər.

Bir qrup Ərəbistan şiələrindən olan alimlər böyük rəhbərə bu barədə sual göndərdilər. Rəhbərin cavabı od üzərinə tökülən su oldu: “Əhli-sünnə qardaşların müqəddəslərini təhqir etmək, o cümlədən İslam Peyğəmbərin (s) həyat yoldaşını təhqir etmək, töhmət vurmaq haramdır. Bu, höküm bütün Peyğəmbərlərin (ə) zövcələrinə, xüsusilə böyük Peyğəmbər (s) seyyidül-Ənbiya Həzrət Məhəmmədin (s) qadınlarına da aid olur.” Rəhbərin fitvası əl-Cəzirə peyk kanalı, Küveytin əl-Ənba qəzeti, Livanın əs-Səfir qəzeti və əl-Həyat qəzetində, Misir  Misir televizia və radiosunun saytında və digər mötəbər medialarda yayımlandı və diqqət mərkəzində oldu.

Hətta əl-Əzhərin şeyxi Əhməd Təyyib rəsmi açıqlamasında inqilab rəhbərinin fitvası barəsində belə söylədi: “Həzrət imam Əli Xameneinin səhabələri və həzrət Rəsulun zövcələrini (Allah onlardan razı olsun) təhqir etməyin haram olması barəsindəki fitvasını sevinclə aldım. Bu fitva uyğun məsələnin nə dərəcədə təhlükəli olmasını yaxşı dərk etmək nəticəsində verilib və müsəlmanların vəhdətinə olan marağın göstəricisidir. Bu fitvanın əhəmiyyətini daha da artıran uyğun fətvanı şiənin ən böyük təqlid mərcələrindən və İran İslam Respublikasının rəhbəri olan bir şəxsin verməsidir.”

Müqəddəs Qum şəhərində də tərəfdarları olan bu şübhəli cərəyanın gördüyü işlərdən biri də Bəraət həftəsi təyin etmələridir. Ötən ilin rəbiül-əvvəl ayında onlar həftələrdən birini bəraət həftəsi adlandırdılar. Bu cərəyan bir bəyanatda bildirdi: “

Zəhranın (s) sevinc günləri və ikinci qədir gününün yaxınlaşması münasibəti ilə beynəl-miləl imam Hüseyin (ə) kanalının siyasət təyin etmək şürası bildirir: rəbiül-əvvəl ayının 9-cu günü Əhli-Beytin (ə) buyurduğu kimi ikinci qədir adlandırılır. … Bu səbəbdən rəbiül-əvvəl ayının 9-cu günündən 15-dək olan günləri bəraət həftəsi adlandırırıq. Uyğun müqəddəs kanal vasitəsi ilə məsumların əməllərinə istinad edərək Allah rəsulunun ailəsinin düşmənlərindən Bəraət mesajını bütün dünyaya çatdırırıq.”

Onların bu çirkin və bidət hesab olunan addımları yalnız pis nəticələrə səbəb oldu. Uca Allah Ənam surəsinin 17-ci ayəsində buyurur: “Allahdan başqalarını çağıranları söyməyin, belə etsəniz onlar da Allahı söyəcəklər. …” yəni müşriklərin və kafirlərin bütlərinə, Allahlarına söyüş söyməyiniz. Çünki belə etsəniz onlar da sizin müqəddəslərinizi müqəddəs bildiklərinizi təhqir edəcəklər. Bu, gözəl ayə sünnilərin müqəddəs bildiklərini təhqir etməməyin zəruri olduğunu sübut edir.

Yasir əl-Həbib İngiltərə dövləti və ayətullah Seyyid Sadiq Şirazinin hərtərəfli köməkləri ilə günbəgün zahirən dini olan fəaliyyətlərini çoxaldır.

Salam kanalının müdiri Məhəmməd Hidayəti

Məhəmməd Hidayəti Salam televiziya kanalının məsul şəxsi şirazilər ilə rabitədə olan və siyasi məsələlərdə İslam Respublikasının əleyhinə fəaliyyət göstərən şəxslərdəndir. Bu şəxs Amerikanın səsi kanalı ilə müsahibəsində qəmə vurmağı təsdiqləyib və İslam Respublikasını diktatorluqda ittiham edib.

Bu şəxsin gördüyü işlərdən biri də inqilabın əleyhinə olan RSAM (Müasir İranın Sünnəti Ruhaniləri) saytına rəhbərlikdir. Son dövürlərdə isə “Hüseyin (ə) atributlarının yüksəldilməsi beynəl-miləl təşkilatı” adlı qrupu idarə edir. Bu şəxslərin təbliğatlarının böyük hissəsi qəmə vurmağın təbliğatından ibarətdir. Yanlış, səhv hərəkətlərinə görə onlardan ayrılan alimlərdən biri də ayətullah Hüseyni Qəzvinidir. Ayətullah Hüseyni Qəzvini əvvəlcə bir bəyanatla Salam kanalına xəbərdarlıq verdi ki, qəmə vurmağı müdafiə edəcəkləri və rejimin məsul şəxslərini təhqir edəcəkləri halda onlarla həmkarlıq etməyəcək. Daha sonra 1388 ildə fitnələr öz yüksək həddinə çatdıqda və bu kanal fitnələri təhrik etdikdə  ayətullah Qəzvini Salam kanalı ilə həmkarlıqdan imtina etdi və vilayət kanalını təsis etdilər.

Seyyid  Hüseyin Şirazi ayətullah övladı və Seyyid Həsən Xomeyninin müdafiəçisi

Seyyid Hüseyin Şirazi rejimin əleyhinə təbliğat aparması və qəmə vurmaq bidətini yaymaq səbəbi ilə məhkəməyə çağrıldıqda, bu cərəyanın öz işləri üçün göstərdikləri sübut və dəlillərinin necə də zəif olduğu bir daha aşkar oldu. O, Qumun ruhanilərə məxsus məhkəməsi ilə görüşü barəsində belə deyir:

Hörmətlə məni otağına, dəftərxanasına apardı. Bir qazi oturmuşdu. Əvvəl bir nəfər gəldi və dedi ki, hacı ağa üçün yemək gətirək. Məhkəmə işçisi dedi ki, ehtiyac yoxdur. Yalnız beş dəqiqə işimiz var. Daha sonra dedi: Hər ölkənin qanunu var və ölkənin qanununa hörmətlə yanaşmaq lazımdır. Siz işləri pozursunuz.

Mən bu zaman dedim ki, harda iş pozmuşam? O da biraz hiddətləndi və dedi: Dostlarınız bizim əleyhimizə işləyirlər, biz bir rəsmi çağrış məktubu göndərdik onlar bütün dünyanı qatışdırdılar.

 Mən də onlara dedim ki, öz günahınızdır. Məni bura çağırmağınızın nə mənası var? Dedim ki, sizin rəftarınız düşmən əldə etməyə, düşmən qazanmağa səbəb olur, məni bura nə üçün çağırmısınız?!

Dedi ki, səninlə işimiz var nə etməliyik? Dedim ki, mənə nə, gedin başqa birini tapın! Dedi ki, nə üçün sizin adamlar bizim əleyhimizə yalan deyirlər?

Dedim: yoxsa sizin adamlarınız yalan demirlər?

Dedi: Harda?

Dedim, Googeldə “Nuhun oğlu” kəlməsini axtarışa ver seyyid Həsən Xomeyninin şəkilləri gələcək!! Dedi: bizim meyarımız İmam Xomeynidir. Dedim: Yoxsa Seyyid Həsən rejimin bir hissəsi deyil?!

Belə bir sual yaranır ki, İslam Respublikasına heç bir inamı, əqidəsi olmayan bu cərəyan nə üçün Seyyid Həsən Xomeynini bu şəkildə himayə edir???

Uyğun ifratçı firqələrin şiəlik üçün nəticələrindən biri

Malaziyanın sabiq baş naziri Mahatir Məhəmməd İrana etdiyi səfərlərindən birində İran İslam Respublikasından istəyir ki, Malaziyada İslamın təbliği və azğın Bəhailik firqəsi ilə mübarizə üçün onlara kömək etsin. Çünki bəhailiyin mənşəyi İranda idi və bəhailərin əsas mərkəzlərindən biri Malaziyada yerləşirdi. Lakin iş o yerə gəlib çatdı ki, təqribən 4 il öncə şirazilər cərəyanın Malaziyada fəaliyyəti və xəlifələrlə rəsmi mübarizələri, şiə sünnü ixtilafını o qədər şiddətləndirdi ki, küçələrdə şüarlar yazıldı. Bütün bunların nəticəsi isə bu oldu: Dünənə kimi İslam Respublikasını müdafiə edən Mahatir Məhəmməd Malaziyada şiəliyin əhatələnməsi təhlükəsi barəsində xəbərdarlıq verdi  və şiəliyi azğın bir firqə adlandırdı və onlarla mübarizə aparılmasını istədi.

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button