AktualAktualArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ali Məqamlı Rəhbər nüvə və müdafiə aliminin şəhadəti münasibətilə başsağlığı verib

Həzrət Ayətullah Xamenei nüvə texnoligiyası və müdafiə sahəsinin görkəmli alimi Möhsin Fəxrizadənin şəhadəti münasibətilə təbrik və başsağlığı müraciətində onun şəhadətə yetməsində əli olanların, terroru sifariş verənlərin qəti cəzalandırılmasına, habelə bu şəhidin elm və texnologiya sahəsində apardığı işlərin davam etdirilməsinə təkid edib.

Ali Məqamlı Rəhbərin başsağlığı müraciətinin mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Ölkənin nüvə və müdafiə sahəsinin görkəmli və qabaqcıl alimi cənab Möhsin Fəxrizadə cinayətkar və bədbəxt muzdlular tərəfindən şəhid edildi. Bu bənzərsiz elmi şəxsiyyət böyük və davamlı elmi səylərinə görə, öz qiymətli və əziz canını Allah yolunda fəda etdi. Bu səbəbdən uca şəhidlik məqamı onun Allah tərəfindən verilən mükafatıdır.

İki mühüm məsələ bütün səlahiyyətlilərin ciddi şəkildə gündəliyində dayanmalıdır: birincisi, bu cinayətin təqibi, cinayətkarların və cinayət əmrini verənlərin qəti şəkildə cəzalandırılması; ikincisi, şəhidin məşğul olduğu bütün sahələrdə elmi və texniki təlaşların göstərilməsi.

Mən şəhidin hörmətli ailəsini, ölkənin elmi ictimaiyyətini, müxtəlif sahələrdəki həmkarlarını və tələbələrini bu şəhadət münasibətiylə təbrik edir və başsağlığı verirəm, Allahdan onun məqamını uca etməsini diləyirəm.

Seyid Əli Xamenei

28 noyabr 2020

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button