ArxivIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

AİP sədri Mövsüm Səmədov Azərbaycan xalqını təbrik edib

“Rəcəb ayında olan mübarək mövludlar və qarşıdan gələn Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm.”

AİP mətbuat xidmətindən verilən məlumata görə, bu sözlər AİP sədri Mövsum Səmədovun təbrik məktubundandır. Təbrikdə daha sonra deyilir:

“Bu iki – dini və milli bayramların bir yerə təsadüf etməsi xalqımızın dini və milli dəyərlərinin daha çox tərəqqisinə səbəb ola bilər. Yalnız bu iki mühüm amilə söykənərək biz milli birlik və vəhdətimizi yarada və birləşə bilərik. Və ümid edirəm ki, işğal altında olan Qarabağ torpaqlarımızı bu düşüncə və ruha malik olan övladlarımız erməni işğalından azad edəcək. Həmçinin mənəviyyatı güclü olan xalq öz iqtisadi, siyasi, sosial və s. problemlərini həll edərək xarici təsirlərdən qorunmağa müvəffəq ola bilər.

Allah-təaladan da istədiyimiz budur ki, gələn il Bahar bayramını Qarabağda keçirmək bizə müəssər olsun.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button