ArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

AİP sədr əvəzinə 4 aylıq həbs cəzası verildi

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyevin fevralın 29-da Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanması barədə xəbər vermişdik.

Yenidən DXT tərəfindən saxlanılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

Prosesə hakim Anar Tanrıverdiyev sədrlik edib.

Hacı İlham Əliyevə cinayət məcəlləsinin 274-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bu barədə Hacı İlham Əliyevin ailəsinə məlumatı dövlət tərəfindən təyin olunan 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasova verib.

Qeyd edək ki, AİP –in sədr əvəzi Hacı İlham Əliyevin şəxsi vəkili Osman Kazımov məsələ ilə bağlı ətraflı açıqlama verəcəyini qeyd edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button