ArxivXəbər lentiXəbərlər

Aleksandr Duqin: İslam İnqilabı işığın zülmətə, xeyirin şərə qələbəsidir

Bu diyar mənəviyyatın Qərbin tərəfdarı olub, maddiyyat strukturlarını özündə saxlayan bir hakimiyyət üzərində qələbə çalan yeganə ölkədir
Professor Duqin: Əgər inqilabınızın ideoloji əsaslarının keşiyində dayansanız, nəhayət, qələbəyə çatacaq və ardınca gözlədiyiniz həzrət Mehdinin (ə) zühuru da, yetişəcək!

İran İslam İnqilabının ildönümü ərəfələrində İranda səfərdə olan böyük rus mütəfəkkiri, “Avrasiya Hərəkatı”nın lideri cənab Aleksandr Duqin regionda baş verən hadisələr, o cümlədən, İranın rolu haqda fikirlərini belə bölüşüb:
“…Ərəbistan və Türkiyənin Suriyaya hərbi müdaxiləsi Rusiya ilə müharibəyə giriş elanıdır və bununla da, hər iki ölkə ilə əlaqələrimiz qəti surətdə pozulacaq. Hal-hazırda bu ölkələrin daxildə o qədər müxalifləri vardır ki, yarana biləcək qarşıdurma zamanı Rusiya kimi böyük qüdrətli dövlətin və o cümlədən, təşkil etdiyi blokun qarşısında davam gətirə bilməyəcək. Mənim fikrimcə, onların Suriyaya hərbi müdaxilə ehtimalı çox azdır və baş verdiyi təqdirdə bilafasilə Ali-Səud hakimiyyəti və Ərdoğanın dövləti süqut edəcək. Əlbəttə, bütün bunlar biz Rusiyanın və müttəfiqləri olan İran, İraq və Müqavimətin məntəqədə mövqeyindən asılıdır. Hər halda onların hər ikisi daxildən dağılacaq və hadisələrdə hansısa bir müvəffəqiyyətinə güman verilmir. Biz nüvə, o cümlədən, yüksək səviyyəli müasir hərbi texnologiya və silahlara sahibik və belə bir şəraitdə onların hər hansı addımı intihardan başqa bir şey olmayacaq. Mən elə fikirləşirəm ki, onlar tərəfindən belə təhdidlər sırf psixoloji xarakter daşıyır. Hər halda Suriyada müttəfiqlərimiz arasındakı vəhdət böyük əhəmiyyət daşıyır və bu özü istənilən müvəffəqiyyəti təmin edəcək.
Hazırda vəziyyət elədir ki, Rusiya Suriyaya olan himayəsindən əl götürə bilməz və Putinin apardığı siyasət üzrə hadisələrin nəticəsi yalnız qələbə ilə başa çatmalıdır. Odur ki, bu iki ölkə hələlik öz cızığından çıxmasalar yaxşıdır və bu onların öz xeyrinədir. Rusiya Suriyada qələbə çaldığı təqdirdə onlara, bir növ, psixoloji zərbə dəysə də, elə də, böyük ziyan sayılmayacaq. Amma Rusiya məntəqəni tərk etdiyi surətdə isə Suriyanın ərazi bütövlüyü ciddi təhlükə ilə qarşılaşa bilər ki, Rusiya qətiyyən buna imkan vermək istəmir.
Hal-hazırda Avrasiyanın müstəqilliyi dünyanın birqütblü olmağına qarşıdır və bu özü dünyada qüdrətlərin müvazinəti və stabilliyinə şərait yaradır. Odur ki, Avrasiyada yerləşən beynəlxalq qüdrətə malik Rusiya kimi bir dövlət öz mövqeyini lazımınca ifa etməli, Rusiya ilə Qərbi iki qütbə ayıran həddi pozmalı və dünya səviyyəsində Çin, İran, Hindistan və hətta latın Amerikası və digər ölkələrin bu prosesdə roluna imkan yaratmalıdır. Avrasiya konsepsiyası əsasında regionda neçə başlıca rola malik Rusiya və İran kimi ölkələr öz müstəqilliklərini qorumaqla bərabər dünyanın neçə qütblü inkişafı uğrunda əməkdaşlıq göstərməlidirlər. Odur ki, Rusiya dünyada liberalizm siyasəti yeridən Amerikanın istila və hegemonçuluğu ilə müxalifdir və bunu biz Putinin Avrasiyanın müstəqilliyi uğrunda apardığı siyasətində müşahidə edirik. Burada – Avrasiyanın müstəqilliyi və dünyanın neçə qütblü inkişafı prosesində İranla Rusiyanın Orta Asiya, Xəzər Bölgəsi, Qafqaz, Qərbi Asiya və Şimali Afrikaya dair strateji mövqeyi üst-üstə düşür. Bunu biz hər iki ölkənin Suriyada Qərb və Amerikanın mənafeyini güdən qruplar qarşısında yekdil mövqeyində aydın görürük. Mədəni-məzhəbi təfəkkür baxımından ortodoksallıqla şiəlik arasında dini təfavütə rəğmən, təfəkkür tərzi və mənəviyyatca bir-birinə yaxın olub, müəyyən vəhdət təşkil etdiyi surətdə biz məsihilər üçün Qərbdəki mövcud vəziyyət mənəviyyatca şiəlikdən qat-qat uzaqdır. Nəticə etibarilə əgər Rusiya və İran regionda və beynəlxalq aləmdə gedən prosesləri tam aydınlığı ilə izləyə bilsələr, bütün ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və azadlığı ilə nəticələnəcək. Bunu biz düşmənlərimizin qəsdini mülahizə edəndə də, müştərək və yekdil mənafe, məqsəd və dəyərlərə malik olduğumuzu görürük. Çünki hər iki ölkənin ideologiyasında maddiyyatdan çox mənəviyyata üstünlük verilir.
Amma İran İslam İnqilabına gəldikdə isə həqiqətdə mən həmişə böyük İmam Xomeynini (rəh.) və bu inqilabı alqışlayanlardan olmuşam. Çünki bu diyar mənəviyyatın Qərbin tərəfdarı olub, maddiyyat strukturlarını özündə saxlayan bir hakimiyyət üzərində qələbə çalan yeganə ölkədir. Mən həmişə bunu “tarixi möcüzə” və ruhun maddəyə qələbəsi adlandırmışam. Odur ki, bu xalqa ən yaxşı uğurları arzulayıram. Mən mötəqidəm ki, əgər siz mövqeyinizdə möhkəm dayanıb, inqilabınızın ideoloji əsaslarının keşiyində dursanız, nəhayət, qələbəyə çatacaq və ardınca gözlədiyiniz dünya miqyaslı ədalətli hakimiyyətin – həzrət Mehdinin (ə) zühuru da, yetişəcək! İran İslam İnqilabının dünya səviyyəli əhəmiyyətini danmaq olmaz və bu ölkə onun məqsədlərini bütün dünyaya yaymalıdır. Bu inqilab sırf şiələrə xas bir ölkə daxilində baş vermiş hadisə deyil və gərək onun dünya miqyaslı əhəmiyyəti beynəlxalq səviyyədə araşdırılıb, açıqlansın. Bu inqilab işığın zülmətə, xeyirin şərə qələbəsidir və bu bir mədəni oyanışdır. Elə Qum şəhərində mənə din alimlərindən biri bu inqilabın mədəni oyanış olduğunu və bu oyanışın biz iranlılarla digər xalqlar arasında heç bir təfavüt olmadığını bildirmişdi. Təbii olaraq hamı gözəl dünya və həyatın arzusundadır və buna isə xalqlar tərəfindən müxtəlif baxışlar vardır. Əgər siz bütün dünya səviyyəsində İran İslam İnqilabının dərin mahiyyətini xarakterizə edə bilsəniz, biz hamımız birgə qələbəyə nail olacağıq…”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button