ArxivNardaranXəbər lentiXəbərlər

AİP Nardaran hadisəsilə bağlı bəyanat yaydı

Azərbaycan İslam Partiyası Nardaran hadisəsilə bağlı bəyanat yaydı.

İslaminSesi.org xəbər verir ki, Azərbaycan İslam Partiyası Nardaran hadisəsi ilə bağlı bəyanat verib. Bəyanatda deyilir: Noyabrın 26-da Bakının Nardaran qəsəbəsində ağır faciəli hadisə baş vermişdir. Respublika Daxili İşlər Nazirliyinin polis əməkdaşları ilə bir qrup dindar arasındakı qarşıdurma nəticəsində iki nəfər polis əməkdaşı olmaqla altı nəfər həlak olmuşdur. Biz baş vermiş hadisədə dünyasını dəyişənlərə Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr və təmkin diləyirik. Bu gün vətən torpağımız yağı düşmən tapdağı altındadır. Xristian təəssübkeşliyi xalqımızın haqqının özünə qaytarılmasına mane olur. İslam dininin beynəlxalq aləmdəki düşmənləri isə məxsus olduqları cəmiyyətlərə islamı terror dini kimi təqdim etməyə, insanları dinimizin cazibəsindən, sülh və tərəqqi, humanizm dini kimi gözəl dəyərlərindən uzaqlaşdırmağa çalışırlar. Belə həssas durumda kimliyindən, rəsmi və ya qeyri-rəsmi vəzifə daşımasından asılı olmayaraq hər bir müsəlman övladı əməli ilə ayrı-ayrı cəmiyyətlərin, hansı dinə mənsub olmasından asılı olmayaraq hətta hər hansı bir fərdin dinimizə olan etimadına, inam və rəğbətinə xələl gətirməkdən çəkinməlidir. Buna görə də Azərbaycan İslam Partiyası dinimizə qarşı çevrilə biləcək hərəkətlərə, təxribatçılığa yol aça bilən əməlləri pisləyir, müsəlman övladları arasında silahların işə düşməsini məhkum edir. Hesab edirik ki, bir ölkə daxilində bir xalqın övladları arasında ortaya çıxan ən çətin problemləri belə milli ənənələrimiz, sözsüz ki, dövlətçilik qanunlarının qorunması şərtilə, həm də milli-mənəvi dəyərlərimiz əsas götürülərək həll edilməlidir. İnanırıq ki, baş verən faciədə təxribatçılıq başlıca səbəblərdəndir. Ona görə də biz ölkənin hüquq-mühafizə orqanlarını hadisənin əsas səbəbkarlarının araşdırılmasına, günahkarların tapılaraq cəzalandırılmasına, istintaqın ədalətlə aparılmasına çağırırıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button