AktualAktualArxivFatimi yaşayişIslamXəbər lentiXəbərlər

AİP Məhərrəmlik ayına həsr edilən tədbir keçirib – FOTO

Bu gün Azərbaycan İslam Partiyasının (AİP) mənzil-qərargahında İmam Hüseynin(ə) şəhadətinin növbəti ildönümü anılıb.

Mərasimdə AİP-in sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev çıxış edib.

İlk öncə inasanın izzət məqamına toxuna ilahiyyatçı Quranın izzətlə bağlı ayəsinə işarə edib:

“Allah Təala Quranda buyurur: “Hər kim izzət istəyirsə, bilsin ki, izzət tamamən Allaha məxsusdur”. İkinci mərhələdə Allah izzəti öz Peygəmbərinə həvalə edir və buyurur ki, o, əziz və izzət məqamının sahibidir. Növbəti mərhələdə isə izzət məqamına iman əhli sahiblənir. Alimlər izzətin mənasını sınmayan, əzilməyən, məğlub edilməz kimi mənalandırılar. Sadalanan xüsusiyyətlərə malik olan insana qalib gəlmək mümkünsüzdür”.

Natiq daha sonra bildirib ki, insan istər fərdi, istərsə də ictimai həyatında doğru seçim etmək istəyirsə bəsirətə sahib olması mütləqdir: “ İmam Əli Əleyhissalam öz əsgərləri önündə çıxış edən zaman buyurur ki, mənim ətrafımda İslam dini üçün qılınc çalanlar bəsirət sahibləriydi, hansısa qərəzin və şəxsi marağın deyil, bəsirətləri, uzaqgörənlikləri onların qılıclarına hakim idi”.

İlahiyyatçı alim Kərbəla hadisəsini də həmən bəsirətin, ayıqlığın davamı olduğunu bildirdi.

“İmam Hüseyn Əleyhissalamın Mədinədən Kərbəlayə, əsir alınan ailəsinin Şamdan Kərbəlayə və Mədinəyə qədər davam edən məşəqqətli yoluna ancaq bəsirət sifəti hakim olub. Həzrəti İmam Hüseyn(ə) hər addımında, hər xütbəsində öz hədəflərinə aydınlıq gətirib. Biz şəhid olanların kimliklərinə nəzər salsaq görərik ki, məhz əməli və niyyəti pak olan, sağlam düşüncə və bəsirət cövhərinə yiyələnənlər həqiqi xoşbəxtliyə yüksələ bildilər. Bəşəriyyət üçün nümunə olan yol budur. Bu xüsusiyyət insanın hər zaman imdadına çatar və əlindən tutar”

Tədbirin sonunda Kərbəla müsibətinə həsr edilən rövzə oxunub, İmam Hüseyn(ə)-ma əzadarlıq edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button