AktualAktualArxivIslamXəbər lentiXəbərlər

AİP lideri Mövsüm Səmədov Qobustana köçürülür

Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov Qobustan həbsxanasına köçürülür. Bu barədə vəkili Anar Qasımlı bildirib:

“Mövsüm Səmədov Qaradağ rayonunda yerləşən Qobustan qapalı cəzaçəkmə müəssisəsinə göndəriləcək. Bu barədə təqdimat verilib. Oktyabrın 9-u, saat 2-də onun məhkəmə prosesi keçiriləcək. Səbəb isə Mövsüm Səmədovun guya bir neçə dəfə xəbərdarlığın edilməsinə baxmayaraq, daxili nizam-intizam qaydasını pozmasıdır. Təqdimatda AİP liderinin 3 il müddətinə Qobustanda saxlanılması istənilib. “ 

Qeyd edək ki, AİP sədri 2011-ci ilin yanvarından həbsdədir. O, saxta ittihamlarla – hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək – 12 il müddətinə azadlıqdan məhrum olunub.

Bu ilin sentyabr ayının 18-də saxlandığı  11 saylı cəzaçəkmə müəssisəsindən çıxarılaraq 12 saylı həbsxanaya köçürülüb. Partiya sədrinə qarşı cəza tədbirləri getdikcə sərtləşdirilir.İslaminsesi.az
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button