ArxivXəbər lentiXəbərlər

AİP-in sədr müavini: Yəmən xalqı Səudiyyə Ərəbistanının cinayətlərini unutmayacaq

Azərbaycan Respublikası İslam partiyasının siyasi məsələlər üzrə sədr müavini deyib: Yəmən xalqı Səudiyyə Ərəbistanının cinayətlərini və günahsız insanları kütləvi qırğın etməsini unutmayacaq.

Səhər Beynəlxalq televiziyasının məlumatına görə, Bakıda Səhər telekanalının müxbirinə müsahibə verən Hacı Akif Heydərli Səudiyyə Ərəbistanı rejiminin müsəlman və şiə Yəmənə hücumu və günahsız insanları kütləvi qırğın etməsinə dair cinayətkarlığını pisləyərək deyib: İslam dünyaskındakı İslami Oyanışdan qorxuya düşən və bu hərəkəti ilə öz hakimiyyətinin təhlükəsizliyi və mənafeyini təmin etməyə çalışan Səudiyyə Ərəbistanının müstəbid və diktator rejimi nəticə əldə edə bilməyəcək.

Heydərli əlavə edib: Səudiyyə Ərəbistanının Yəməndəki cinayətləri Amerikanın dəstəyi ilə törədilir və bu cinayətlər ABŞ və Səudiyyə Ərəbistanının bölgədəki xəbis mahiyyətini göstərir.

AİP-in sədr müavini qanuni azadlıqlarının təmin olunması və ölkələrinin müstəqilliyi üzrə Yəmən xalqının mübarizələrini haqlı hesab edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button