ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan humanitar vəziyyəti gərginləşdirməkdə ittiham olunur

 Marina Kalyurand deyib ki, Azərbaycanın – onun ifadəsi ilə desək – düşmənçilik əməlini pisləyir.

 

 

O, öz bəyanatında rəsmi Bakını Ermənistanla danışıqları tez bir zamanda bərpa etməyə çağırıb.

Deputatın iddiasına görə, martın 8-də Azərbaycanın nəzarətində olan ərazidə Dağlıq Qarabağa gedən qaz kəməri zədələnib. Soyuq şəraitə baxmayaraq, kəmər təmir olunmayıb, Dağlıq Qarabağın bütün əhalisi bir həftədir qazsız qalıb.

Qaz kəmərinin zədələndiyi əraziyə maneəsiz çıxışı təmin etmək lazımdır ki, qazın verilməsi mümkün qədər tez bərpa olunsun”, – deyərək Marina Kalyurand bildirib.

Onun sözlərinə görə, eyni zamanda, martın əvvəlində Dağlıq Qarabağın təmas xətti boyunca, eləcə də Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması, o cümlədən Dağlıq Qarabağın bir neçə kəndinin Azərbaycan tərəfindən atəşə tutulması barədə məlumatlar daxil olub.

Marina Kalyurand qeyd edib ki, son həftələrdə Azərbaycan ordusunun səsgücləndiricilərdən istifadə edərək yerli erməni əhalisini kəndləri tərk etməyə çağırması, psixoloji təzyiqi gücləndirməsi və güc tətbiq etməklə hədələməsi barədə məlumatlar da var.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button