Tarix

Ağdam

Ağdam rayonunun inzibati mərkəzi, Qarabağ düzündə ən iri şəhərlərdən biri. Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Ağdam şəhəri WebUrbanist.com. internet nəşri tərəfindən “Turistlər arasında maraq doğuran 20 ruhlar şəhəri” siyahısına salınıb.

İndiki Ağdam şəhəri ilk yaşayış məskəni kimi eramızdan əvvəl I minillikdə yaranmışdır.
“Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, “Ağdam” – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

 

İşğaldan öncə sənaye sahələri

Ət kombinatı
Konserv zavodu
Şərab zavodu
Barama toxumu zavodu
Xalça fabriki
Mexanikləşdirilmiş çörək zavodu
Avtomaşınlara texniki xidmət stansiyası
Məişət xidməti kombinatı
Elektrik şəbəkəsi müəssisəsi
Ağdam Dəzgahqayırma Zavodu

 

İşğaldan öncə təhsil müəssisələri

Kənd təsərrüfatı texnikumu
Kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu
Musiqi və tibb texniki peşə məktəbləri
7 orta məktəb, 1 səkkizillik məktəb
5 məktəbdənkənar uşaq müəssisəsi
1 uşaq bağçası
4 körpə evi

 

İşğaldan öncə Mədəniyyət və tibb müəssisələri

Ə.B. Haqverdiyev adına dövlət dram teatrı
Ölkəşünaslıq muzeyi
Çörək muzeyi
3 kitabxana
Mədəniyyət evi
Kinoteatr
Xanoğlu türbəsi (17-ci əsr)
Qarabağ xanı Pənahəli xanın imarəti (18-ci əsr)
8 xəstəxana

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button