ArxivXəbər lentiXəbərlər

ABŞ və Fransa maska oğurluğunda ittiham edilir

  • ABŞ və Fransa maska oğurluğunda ittiham edilirABŞ və Fransa digər ölkələrə yardım üçün göndərilən maskaları oğurlayır

Koronavirus epidemiyası ilə bağlı ölkələrin bir-birinə göndərdiyi maskaları ABŞ və Fransa hökuməti oğurlayır.

Vetenugrunda.az-ın xarici mediyaya istinadən verdiyi xəbərə görə, ABŞ-ın bu əməlini “korsanlıq” adlandıranlar da var.

Bu gün ABŞ koronavirusun yoluxma sürətinə görə dünyada liderliyini qorumaqdadır. ABŞ-da koronavirusa yoluxanların sayı 200 minə yaxınlaşıb.

Ağ Ev rəhbərliyi Kanada, Almaniya və Fransaya göndərilən maska və digər tibbi ləvazimatları ələ keçirməklə məşğuldu. Almaniya rəsmlərindən biri bunu “Maska korsanlığı” adlandırıb və “qlobal böhran zamanı vəhşi Qərbin üsulları ilə hərəkət etmək olmaz” deyə, təpki verib.

Türkiyə mətbuatı isə yazır ki, dünya bazarında maska və hava cihazını əldə etmək üçün bəzi dövlətlərin kəşfiyyat xidməti iş başına keçib. Məsələn Çin hökumətinin İtaliyaya kömək üçün göndərdiyi 680 min tibbi maska, Çexiya hakimiyyəti tərəfindən mənimsənilib. İtaliyanın çətin günündə, Çexiya ona kömək etmək əvəzinə, İtaliyaya olunan köməyi oğurlayıb!

Amerikada maska çatışmazlığını həll etmək üçün Trampın jurnalistlərə “qorunmaq üçün maska tapmayanda yaylıqdan istifadə edin” çağrışı onun koronavirusun pandemiyadan çox panika olduğunu ifadə etsə də bundan əvvəl də malyariya əleyhinə olan dərmanın koronavirusun qarşısını aldığını bəyan etməsi və ABŞ-da bu virusa tutulan bir-neçə vətəndaşın malyariya dərmanı içərək ölməsi ölkə əhalisinin etirazına səbəb olub. Sosial şəbəkələrdə Trampı axmaq adlandıran amerikalılar onun maska oğurluğunu da ciddi tənqid ediblər.

“Washington Post” qəzetinin verdiyi xəbərə görə,  Tramp Çində olan Amerikanın 3M şirkətinin sadəcə ABŞ-ın sifarişlərini yerinə yetirmək üçün daha çox tibbi ləvazimat və hava cihazları istehsal etməsini əmr edib. Eyni zamanda şirkətin Kanadaya göndərdiyi N95 maskalarını ABŞ-a yönləndirib. Kanadanın baş naziri Justin Trudeau bildirib ki, ölkə sərhədlərinə tibbi məmulatların və digər önəmli malların giriş -çıxışının ənəgəllənməsi və ya miqdarının azaldılması çox böyük xətadır: “ABŞ rəsmləri bu anda çox açıq bir şəkildə  ənəglləməklə məşğuldur. Kanadanın Ontario əyalətində minlərcə tibb işçiləri öz ölkəmizdə çalışmaq əvəzinə ABŞ-a axın edirlər”.

Trampın maska mövzusunda bu qədər aqressiv olması Almaniya rəsmilərinə də öz təsirini göstərib. Berlin Daxili İşlər naziri Andreas Geisel Çinden sifariş verdikləri və Taylanda qədər gətirdikləri maskaları ABŞ-ın “oğurladığını” diqqətə çatdırıb: “Bunu modern korsanlıq əməliyyatı kimi dəyərləndiririk. ABŞ beynəlxalq qaydalara əməl etməlidir. Transatlantik ortaqlarına qarşı belə davranmamalıdır”.

Alman mətbuatı isə Taylandda oğurlanan 400 min maskanın Berlin polisləri üçün sifariş edildiyin və pulunun da öncədən ödənildiyini yazıb.

İsveçin Mölnlyckedə fəaliyyət göstərən tibb şirkətinin Çindən İtaliya və İspaniya üçün sifariş etdiyi milyonalarca maska və əlcəyi Fransa oğurlayıb.  Bu qızdırmalı yoluxma deyəsən, özünə hegomon deyib, dünyaya meydan oxuyan dövlətləri çaışdırıb. Axı hegomonluq iddiası ilə adicə maska oğurluğu kimi cılız addım çox ziddiyyətlidir.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button