ArxivFatimi yaşayişIslamŞəxsiyyətlərXəbər lentiXəbərlər

ABŞ Titanik kimi batacaq

İran mediasına istinadən xəbər verir ki, İslam inqilabının rəhbəri Ayətullah Xamenei dünən İranın şərqi Azərbaycan vilayətinin minlərlə əhalisi ilə görüşüb.
Seçkilər məsələsinə xüsusi yer ayıran Ayətullah Xamenei deyib: “Düşmənlərin məyus olması və İranın güclənməsinin yeganə yolu və güclü İranın təzahürlərindən biri, güclü , eyni zamanda lazımı qanunları qəbul etmək və hökumətləri istənilən istiqamətə yönəltməklə ölkəyə toxunulmazlıq verən məclisdir.” 
İslam inqilabının rəhbəri regionun inadkar rejimlərindən biri tərəfindən İran xalqını seçkilərdə inqilabçı şəxslərdən  yayındırmaq üçün fars dilli medialardan birinə neft dollarlarından böyük bir məbləğ ayırmasına toxunaraq  “Bu məlumat seçkilərin keyfiyyəti və necə keçirilməsinin nəqədər böyük əhəmiyyətə malik olduğunu göstərir”, -deyə əlavə edib.. 
Ayətullahül Xamenei çıxışı zamanı “Amerika rəsmilərinin İran və seçkilər barədəki təxribatdolu fikirlərə toxunaraq sözlərinə belə davam edib:”Amerika regionda dərin təsirə malik olan general Süleymanini terror etməklə regionu öz nəzarətinə almaq istəyirdi ancaq prosseslər əksinə getdi və Bağdadda geniş anti-Amerika yürüşü, Suriyada və Hələbdə gedən hadisələr və regiondakı digər məsələlər, onların gözlədiklərinin tam əksini reallaşdırmış oldu”. 
Ayətullah Xamenei düşmənin sadəcə General Süleymaninin terrorunda deyil, 40 illik bir döyüşdə daima İran xalqından zərbə aldığı və məğlub olduğunu bildirərək “Son 40 ildə amerikalılar islami quruluşu devirmək üçün bütün siyasi, hərbi, təhlükəsizlik, iqtisadi, mədəni, media və digər silahlarından istifadə etdilər amma nəinki islami quruluş devrilmədi hətta min dəfə daha gücləndi və Amerika isə keçmişdəkindən daha zəif oldu.”, -deyə qeyd edib.
İslam İnqilabı rəhbəri Amerikanın hər gün artan zəifliyini şərh edərkən onun indiki görünüşünün bəzənmiş olduğunu bildirərək deyib:” Amerika bu gün 22 trilyon dollar borcla dünyanın ən borclu dövlətidir və bu ölkədə təbəqələr arası fərq həmişəkindən daha böyük olaraq dəhşətli vəziyyətdədir”. 
Ayətullah Xamenei Amerikanın ayrı-seçkilik, təbəqələr arası məsafə, yoxsulluq və cinayət barədə dəhşətli statistik məlumatlar və faktlara toxunaraq deyib: “Məşhur Titanik gəmisinin təmtərağı onun batmasına mane ola bilmədiyi kimi, Amerikanın görünüşünün bəzədilməsi və onun təmtərağı da onun batmasına mane ola bilməyəcək və Amerika batacaq.” 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button