ArxivIslamXəbər lentiXəbərlər

ABŞ indi də 36 əsgərinin yaralandığını açıqladı

Yanvarın 8-i İranın İraqda yerləşən hərbi bazalarına endirilən zərbədən sonra ABŞ prezidenti Donald Tramp bu zərbəni gözlədiklərini, bazaları boşaltdıqlarını və heç bir itkilərinin olmadığını açıqlamışdı. İran tərəfi isə raket zərbələri zamanı 80-ə yaxın ABŞ əsgərinin öldüyünü, 200-dən çox yaralının olduğunu açıqlamışdı.

Daha sonra mediaya məlumat sızdırılaraq 11 əsgərin yaralandığını açıqlandı. Bundan iki gün sonra isə yaralı sayının 21 olduğu bildirildi.

Bu gün ABŞ Müdafi Nazirliyi “Pentaqon” açıqlama yayaraq İranın raket zərbələri nəticəsində 34 hərbçisinin yaralandığını deyib. Qeyd edilir ki, hərbçilər beyin silkələnməsi keçiriblər. Xəsarət alanlardan 8 nəfəri ABŞ-a gətirilib.

“Pentaqon” ölən əsgər sayı məsələsinə isə toxunmayıb.

Bu arada isə Bağdadda milyonluq aksiya keçirilərək İraqdakı bütün ABŞ bazalarının bağlanması tələb edilib. İraq Parlamentinin də hərbçilərin ölkədən çıxarılmasını tələb etməsinə baxmayaraq, ABŞ bundan imtina edir. İraq hökumətinin razılığını almadan tikdiyi bazalar üçün ABŞ milyard dollar təzminat istəyir və İraqı sanksiyalarla hədələyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button