ArxivXəbər lentiXəbərlər

ABŞ-ın hərbi karvanına hücum olub, yaralananlar var

Suriyanın Deyr-əz-Zor əyalətində ABŞ hərbçiləri və YPG silahlı qruplaşmasının yaraqlılarının olduğu hərbi karvan silahlı hücuma məruz qalıb.

Bu barədə Suriyanın dövlət agentliyi “SANA” mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, nəticədə ABŞ qüvvələrinin üç hərbçisi və YPG -nin beş yaraqlısı xəsarət alıb.

Hücum Ruşid kəndi yaxınlığında baş verib. Naməlum şəxslər avtomat silahlardan və qumbaraatanlardan istifadə ediblər.

Xatırladaq ki, son zamanlar Deyr-əz-Zor əyalətində ABŞ hərbçilərinə qarşı hücumlar intensivləşib. Sonuncu dəfə baş verən silahı hücum zamanı iki amerikalı hərbçi itkin düşüb.

qafqaz.ir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button