AktualAktualArxivIslamXəbər lentiXəbərlər

ABŞ-ın bioloji laboratoriyası: Lavrovun Ermənistanda müzakirələri

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-da İrəvana səfəri çərçivəsində Qarabağ münaqişəsinin həlli, Türkiyə ilə münasibətlər və Pentaqonun bioloji laboratoriyaları barədə Ermənistan rəsmiləri ilə müzakirələr apardı.

Qafqaz Həqiqətləri xəbər verir ki, Sergey Lavrov Ermənistana iki günlük səfərinin sonunda 11 noyabrda ermənistanlı həmkarı ilə birlikdə keçirdiyi mətbuat konfransında rus mütəxəssislərinin Pentaqonun Etmənistanda yerləşən bioloji laboratoriyalarına daxil olması üzərində təkid edib. Lavrov vurğulayıb: “Moskva bu barədə daha tez razılaşma imzalayacağna ümid edir.”

Qeyd edək ki, Ermənistanda 2008-ci ildə Pentaqonun iştirakı ilə onlarla bioloji laboratoriya yaradıldı. Bu laboratoriyalar Amerikanın müdafiə bioloji əməkdaşlıq proqramları üzərində işləyir. Lakin onlar Ermənistana aiddir. Amerikanın investisiyası ilə yaradılmış bu növ modern laboratoriyalar Gürcüstan, Ermənistan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycanda fəaliyyət göstərir. Bu laboratoriyalarda viruslar üzərində bioloji araşdırmalar həyata keçirilir.

Ermənistan rəsmiləri bu laboratoriyaların yalnız tibbi məqsədlərlə istifadə olunduğunu deyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button